Əmək haqqı və pensiyalar nə qədər artacaq? - Açıqlama

"Ötən gün Nazirlər Kabinetində 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib".

""DogruXeber.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, iclasda qeyd olunan məsələlərdən biri də dövlət başçısının tapşırığına uyğun olaraq əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsi olub.

"Qeyd olunub ki, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri bu illə müqayisədə 9,2% çox nəzərdə tutulub. Konkret rəqəmlərə gəldikdə isə, 2023-cü ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək artırılır. Gələn il büdcəsinin 23.7 faizi əməyin ödənilməsinə yönəldiləcək. Bu həmin istiqamətə 6 milyard 495 milyon manat vəsaitin ayrılacağı deməkdir. Bu 2022-ci ilin dövlət büdcəsində həmin istiqamət üzrə xərclə müqayisədə 5.2, ötən ilki faktiki göstəriciyə nəzərən isə 30.6 % faiz artım deməkdir.

2023-cü il üzrə dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatında sosial ödənişlərə isə 4 milyard 61 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin proqnozundan 5.9 faiz, 2021-ci ilin icrası ilə müqayisədə 25.3 faiz çoxdur. Bütövlükdə, 2023-cü ildə sosial istiqamətlər üzrə artımlar nəzərdə tutulub. Bununla yanaşı, gələn ildə də inflyasiyaya qarşı mübarizə prioritet olaraq qalacaq. Dünya iqtisadiyyat üçün proqnozlar heç də ürəkaçan olmadığı üçün idxal inflyasiyası gələn ildə də istehlak bazarımıza təsirsiz ötüşməyəcəcək. Bu baxımdan da, sosial müdafiə tədbirləri fiskal siyasətdə əsas istiqamət olaraq qalmaqdadır".


Oxunub: 120

Son xəbərlər

Sabiq icra başçısı 5 nəfəri qətl edib? – “Ən doğru cavabı prokrorluq verəcək”

Əli Əsədov rusiyalı həmkarı ilə bu məsələləri müzakirə etdi - FOTO

Paşinyan Praqa görüşü sonrası Rusiyaya gedəcək Paşinyan Praqa görüşü sonrası Rusiyaya gedəcək

"Rusiya Ukraynada hərbi əməliyyatları dayandırmağa hazırdır" - Şura sədri

Zakir Həsənovun əleyhinə danışan polkovnik HƏBS EDİLDİ

Rauf Alxasov lizinq şirkətinin rəhbəri - TƏYİN OLUNDU

Sabah MDB dövlət başçılarının qeyri-rəsmi iclası olacaq

İmişli polisi əməliyyat keçirib

"Ermənistan bütün cinayətləri inkar edib" - Nazir müavini

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi

SENSASİYA: Bakı Metrosunu əxlaqsızlıq yuxasına çeviriblər - FHN-dən betər gündədir (VİDEO)

Sabah bəzi yerlərdə yağış yağacaq

Samvel Babayan Xankəndində başından böyük danışdı və Azərbaycana meydan oxudu... - Onu Azərbaycana buraxandadır günah...

“BakuBus” yoxa çıxardığı 303 avtobusla bağlı niyə AÇIQLAMA vermir? - HƏQİQƏTƏN DƏ...

Qaraşov Lənkəranı zibilxanaya çevirib... - Sakinlər etiraz edir...

Ermənilər Azərbaycana 16 milyarddan çox ekoloji ziyan vurub

Ağsuda müharibə veteranları bələdiyyə sədrindən şikayətçidir... - "Deyir ki, icra başçısının..."

Paşinyan Praqaya getdi

"WhatsApp"dan uzaq durun - XƏBƏRDARLIQ

Azərbaycanda bu məhsul kəskin bahalaşdı - VİDEO

Baş nazir qərar verdi - Bu komissiyanın tərkibi dəyişdi

Milli Məclisin növbəti iclasının gündəliyi - SİYAHI

Ən böyük amnistiya aktı gözlənilir - MÜJDƏ

"AZİMUT - 250" efirdədir // VİDEO

"Rusiya bizim suverenliyimizi əlimizdən almaq istəyir" - Paşinyan

Tokayevin prezidentliyə namizədliyi irəli sürüldü

FHN-dən milyonluq tenderlər udan FHN generalının oğlu borcunu vaxtında ödəmir... - İLGİNC FAKTLAR

Şagirdin döyüldüyü məktəbin direktor əvəzi işdən ÇIXARILDI

Ukraynada kişilərin ölkədən çıxışına icazə verildi

Ağcabədidə insanların əməyini istismar etməklə onları hədələyən sahibkar niyə cəzalandırılmır? - NARAZILIQ VAR!

Bütün xəbərlər