Naxçıvanda SƏRHƏD QADAĞASI belə pozulur... - İLGİNC

DogruXeber.az: Sədərək Gömrük Məntəqəsi Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini iki aydır ki, birtərəfli qaydada məhdudlaşdırıb. Lakin, gediş-gəlişə nəzarət edən sərhəd xidməti əməkdaşlarına 200 manat "şirinlik" verməklə, bu məhdudiyyəti aradan qaldırmaq olar.

Нerli sakinlər "Gündəlik Naxçıvan"a bildirir ki, bu işə Əlahiddə Sərhəd Dviziyasının kapitanı, nəzarət-buraxılış məntəqəsinin komandiri Eldar Əsədov nəzarət edir. O, baş narir Əli Əsədovun yaxın qohumudur.

İyunun 30-dan bəri Naxçıvandan Türkiyəyə quru yolla rəsmilər, bu ölkə ilə bağlı sahibkarlıq fəaliyyəti göstərən vətəndaşlar, tələbələr və yük daşıyan sürücülər buraxılır. Bu kriteriyalara cavab verməyən Azərbaycan vətəndaşlarının quru sərhəddi keçməsinə rəsmi qadağa qoyulub.

Babək rayon sakini Sahil Ağayev deyir ki, bu yaxınlarda təcili Türkiyəyə getməli olub. Təyyarəyə bilet tapa bilmədiyindən, qonşu ölkəyə getmək üçün yollar axtarıb:

"Mənə tanışlar dedi ki, get gömrüyə, hərbçilər həll edəcək. Getdim gömrüyə, Türkiyəyə keçmək üçün sərhədçilər məndən 200 manat istədilər. Dedim aşağı edin, dedilər ki, bizlik deyil, bu işə birbaşa Eldar Əsədov nəzarət edir. İşi belə sənədləşdirdilər ki, guya mənim Türkiyədə məhkəməm olacaq və bu səbəbdən oraya getməyim zəruridir. Daha sonra, buraxdılar getdim. Türkiyə tərəfində gediş-gəliş sərbəst olduğundan, o tərəfdə mənə söz deyən olmadı".

Ordubad rayon sakini Güloğlan Hacıyev isə deyir ki, sərhədçilər onu TIR sürücüsünün köməkçisi kimi Türkiyə tərəfə buraxıblar:
"Ailəlikcə Türkiyədə yaşayırıq, orada işləyirik. Sərhədlər bağlanmamış Naxçıvana gəlmişdim. Təyyarə ilə geri qayıtmaq çox baha başa gəlirdi, həm də bilet tapmaq olmurdu. Getdim gömrüyə, sərhədçilər sağ olsun, 200 manatımı alıb, buraxdılar. Sənədə yazdılar ki, guya sürücünün köməkçisiyəm. Tək mən deyiləm. Hər gün 10-larla adam bu yolla keçir".

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasından vətəndaşların iddiası ilə bağlı suallarımızı cavablandırmaq istəmədilər.


Oxunub: 128

Son xəbərlər

"Sorğu aparılan şagirdlərin 5 faizi siqaret çəkir" - Nazirlik

Lukaşenko Qırğızıstana getdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olundu

Ucarda quldurluq edən üç nəfər saxlanılıb

"Sülhməramlılar öz fikirlərinə əsasən fəaliyyət göstərirlər" - Sabiq nazir

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət etdi

“Instagram”da YENİLİK

Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır - TƏKLİF

Ronaldo daha bir rekord qırdı

Arayik Arutyunyan Paris meri ilə görüşüb

Azərbaycan, Ermənistan və Rusiya baş prokurorları görüşdü

DİM doktorant və dissertantlara müraciət etdi

“Politico” Putini “ilin məğlubu” ADLANDIRDI

Kamran Əliyev Rusiyada səfərdədir

Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu - FOTOLAR

Sabahın hava proqnozu

Onlara 105,7 milyon manat birdəfəlik ödəmə verildi

Səttar Xanın qohumu olan azərbaycanlı vəfat etdi

Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyənlərin NƏZƏRİNƏ!

İranın keçmiş prezidenti ölkədəki aksiyalara dəstək verdi

Toivo Klaar İrəvana getdi

Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ

Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

Azərbaycan və Türkiyənin generalları görüşdü

Neftin qiyməti cüzi artdı

Bütün xəbərlər