İran Azərbaycanı niyə “hədələyir”? — ÜÇ SƏBƏB

DogruXeber.az: - İraq ilə müharibənin başlamasının ildönümündə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bagiri Xomeyninin türbəsi yaxınlığındakı çıxışı zamanı Azərbaycan və Ermənistanı dialoqa çağırıb, sərhədlərin dəyişdirilməsinə dözməyəcəklərini bildirib. Üzdən baxıldığında deyilən sözlərin yalnız sərhədlərlə bağlı olduğu görünsə də, əsl məqsəd belə deyil.

Bu sözləri İran üzrə ekspert Kərim Əsgəri deyib. Mütəxəssis Tehranın heç vaxt Bakının dost münasibətlərinə adekvat cavab vermədiyini vurğulayıb:

“Əfsuslar olsun ki, 1991-ci ildən sonra İran heç vaxt Azərbaycanın öz müstəqilliyini bərpa etməsini, güclənməsini qəbul etməyib. Hətta müharibə dövründə dolayı yolla Ermənistanın yanında olub və işğal yolu ilə Azərbaycanın sərhədlərinin dəyişdirilməsi cəhdinə 30 il boyunca etirazını bildirməyib. Ancaq Vətən müharibəsində Azərbaycanın işğal altında qalan ərazilərinin böyük bir qismini, xüsusilə İranla sərhəd əraziləri azad etməsi İranı narahat etdi. Çünki Tehran Qarabağın işğaldan qurtarılması, Azərbaycanın probleminin həllini istəməyib. Azərbaycanın qələbəsi İranı öz siyasətinə yenidən baxmağa məcbur etdi. Prezident və Ali Baş Komandan cənab İlham Əliyev də işğaldan azad olunan İran sərhədindəki rayonlara səfəri zamanı iki ölkə sərhədini “dostluq sərhədi” adlandırıb. Lakin Tehranın ölkə başçısının bu çağırışına, verdiyi mesaja cavabı adekvat olmayıb. Hətta müharibə dövründə və sonra İran sərhədə öz ordu bölmələrini göndərdi, təlimlər keçirdi, Azərbaycanı hədələdi və s. Bəli, torpaqlar işğal altında olduğu 30 ilə yaxın müddətdə Ermənistana təzyiq üçün sərhəddə təlim keçirməyən İran “müsəlman qardaşım” dediyi Azərbaycana qarşı “əzələ nümayişi” etməyə çalışıb. Hələ biz İranın maşınlarının rəsmi Bakının icazəsi və razılığı olmadan Qarabağdakı separatçılara yükdaşımaları gerçəkləşdirdiyini unutmamışıq. Elə bunun özü birinci növbədə İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı etdiyi hörmətsizlik idi. Ən son 12-14 sentyabr tarixlərindəki təxribat zamanı da İran sərhədə öz ordu birləşmələrini göndərib. İndi isə İsraillə əlaqələri və s. məsələləri bəhanə edən İran rəsmiləri yenə Azərbaycanı təhdid edirlər. Ümumiyyətlə isə qeyd etmək istəyirəm ki, İranın narahatlığının üç əsas səbəbi var. Bunlar Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin bərpa olunması, Türkiyənin sözügedən dəhliz vasitəsilə türk dünyası ilə quru əlaqəsinin yaranması və orada yaşayan soydaşlarımızdır”.

Ekspert qeyd edib ki, Bakı bölgədə sülhün bərqərar olması üçün əlindən gələn hər şeyi edir:

“Müharibədən sonra Türkiyə və Azərbaycan bölgə ölkələrinin daxil olacağı “3+3” əməkdaşlıq platforması təklifini irəli sürdü. Buraya İran da daxildir. Digər tərəfdən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün İlham Əliyevin tapşırığı ilə son dövrdə dəfələrlə İrana səfər edib. Bununla yanaşı, Azərbaycan Müdafiə Nazirliyi hər şeyi öz gözləri ilə görmələri üçün avqust ayında İran Silahlı Qüvvələrinin nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfərini təşkil edib. İndi dünya yeni geosiyasi vəziyyətin formalaşdığı bir dövrdən keçir. Hazırda dünyanın təhlükəsizlik arxitekturası yenidən inşa edilir. Bütün dövlətlər də yaxın gələcəkdəki qlobal sistemdə özlərinə güclü mövqe tutmaq istəyirlər. İran isə bəhs etdiyimiz məqsədə çatmaq üçün Azərbaycanı hədələmək yolunu tutub. Lakin Tehran unutmamalıdır ki, səhv yoldadır. Düzgün yol Bakını hədələmək yox, bərabərhüquqlu əməkdaşlıq və yeni reallığa uyğun davranmaqdır”./Axar.az


Oxunub: 151

Son xəbərlər

"Sorğu aparılan şagirdlərin 5 faizi siqaret çəkir" - Nazirlik

Lukaşenko Qırğızıstana getdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olundu

Ucarda quldurluq edən üç nəfər saxlanılıb

"Sülhməramlılar öz fikirlərinə əsasən fəaliyyət göstərirlər" - Sabiq nazir

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət etdi

“Instagram”da YENİLİK

Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır - TƏKLİF

Ronaldo daha bir rekord qırdı

Arayik Arutyunyan Paris meri ilə görüşüb

Azərbaycan, Ermənistan və Rusiya baş prokurorları görüşdü

DİM doktorant və dissertantlara müraciət etdi

“Politico” Putini “ilin məğlubu” ADLANDIRDI

Kamran Əliyev Rusiyada səfərdədir

Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu - FOTOLAR

Sabahın hava proqnozu

Onlara 105,7 milyon manat birdəfəlik ödəmə verildi

Səttar Xanın qohumu olan azərbaycanlı vəfat etdi

Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyənlərin NƏZƏRİNƏ!

İranın keçmiş prezidenti ölkədəki aksiyalara dəstək verdi

Toivo Klaar İrəvana getdi

Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ

Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

Azərbaycan və Türkiyənin generalları görüşdü

Neftin qiyməti cüzi artdı

Bütün xəbərlər