“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"DogruXeber.az" bildirir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Vətən müharibəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdən öncə Bakıda və Gəncə şəhərində Cəmiyyətin Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərovun, eləcə də
Vətən müharibəsində canlarını qurban vermiş digər qəhrəman oğulların məzarları ziyarət edilib. Cəmiyyətin kollektivi şəhidlərin əziz xatirəsinə sonsuz ehtiramlarını
bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.

Anım tədbirində ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış
edən Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərin dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Bu müharibənin Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdiyini bildirən İdarə Heyətinin sədri qalibiyyəti ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz və ordu quruculuğunun şərtləndirdiyini qeyd edib.

Şəhid ailələri və qazilərə qayğının dövlətimizin prioritet istiqamətlərindən biri olduğunu xatırladan Z.İbrahimov şəhid ailələrinin və qazilərin sosial müdafiəsi
proqramlarının uğurla icra edildiyini və bu tədbirlərin ardıcıl xarakter daşıdığını xatırladıb. Z.İbrahimov hazırda Cəmiyyətdə 44 nəfər Vətən müharibəsi iştirakçısının, 10 nəfər 1-ci Qarabağ müharibəsi veteranının, 1 nəfər müharibə əlili və 10 nəfər şəhid ailəsi üzvünün çalışdığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev dövlət tərəfindən Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə göstərilən dərin ehtiramdan bəhs edib, yaralı qazilərimizin müalicəsi, reabilitasiyası istiqamətində böyük işlər
görüldüyünü, şəhid ailələrinin sosial-məişət problemlərinin həll edilməsi istiqamətində vacib addımların atıldığını qeyd edib.

Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkürlərini bildiriblər. Şəhid Muxtar Qasımlının atası Əli
Qasımov övladı ilə fəxr etdiyini və xalqımızın Muxtarın timsalında qəhrəman qazandığını bildirib. O, Muxtarın xatirəsinin yaşadılması istiqamətində dövlətimiz tərəfindən atılan addımları yüksək qiymətləndirib.

Füzulinin bir sıra kəndlərinin alınmasında igidlik göstərən şəhid baş leytenant Rauf Əsgərovun 26 oktyabr 2020-ci ildə Mərdinli kəndində şəhid olduğunu xatırladan
Brilliant Əsgərova övladının fəaliyyət göstərdiyi müəssisədə onun əziz xatirəsinin yaşadılmasından qürur duyduğunu dilə gətirib. Şəhidlərin ailə üzvləri Muxtar və Raufla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin davamında “AzerGold” QSC-nin Vətən müharibəsində iştirak etmiş əməkdaşları Eldəniz Vəliyev və Sədi Abbasov keçdikləri döyüş yolundan bəhs edib,
müharibə təəssüratlarından danışıblar.

Tədbir çərçivəsində, həmçinin Səhmdar Cəmiyyətin əməkdaşları Daşkəsən rayonunda yaşayan şəhid ailələrinin evlərində qonaq olublar. Görüşlərdə böyük amallar
uğrunda canlarından keçən, ömür paylarını gələcək nəsillərin firavanlığına bağışlayan qəhrəman şəhidlərimizin əziz xatirələri yad edilib, onlara daim borclu olduğumuz

bildirilib. Sosial aksiyada Vətən müharibəsi şəhidlərinin ailələrinə Cəmiyyətin adından maddi yardım və ərzaq bağlamaları təqdim olunub.

Oxunub: 101

Son xəbərlər

"Sorğu aparılan şagirdlərin 5 faizi siqaret çəkir" - Nazirlik

Lukaşenko Qırğızıstana getdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olundu

Ucarda quldurluq edən üç nəfər saxlanılıb

"Sülhməramlılar öz fikirlərinə əsasən fəaliyyət göstərirlər" - Sabiq nazir

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət etdi

“Instagram”da YENİLİK

Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır - TƏKLİF

Ronaldo daha bir rekord qırdı

Arayik Arutyunyan Paris meri ilə görüşüb

Azərbaycan, Ermənistan və Rusiya baş prokurorları görüşdü

DİM doktorant və dissertantlara müraciət etdi

“Politico” Putini “ilin məğlubu” ADLANDIRDI

Kamran Əliyev Rusiyada səfərdədir

Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu - FOTOLAR

Sabahın hava proqnozu

Onlara 105,7 milyon manat birdəfəlik ödəmə verildi

Səttar Xanın qohumu olan azərbaycanlı vəfat etdi

Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyənlərin NƏZƏRİNƏ!

İranın keçmiş prezidenti ölkədəki aksiyalara dəstək verdi

Toivo Klaar İrəvana getdi

Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ

Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

Azərbaycan və Türkiyənin generalları görüşdü

Neftin qiyməti cüzi artdı

Bütün xəbərlər