Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

DogruXeber.az: - Azərbaycanda ölkə rəhbərliyinin qətiyyəti hesabına aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri son illər dövlətimizin talanaraq mənimsənilmiş xeyli vəsaitinin yenidən büdcəyə qaytarılmasına səbəb olub. Talan faktlarının üzə çıxarılması işinə KİV də öz əhəmiyyətli töhfələrini verib. “Dəryaz” qəzeti də bu mənada istisna deyil və jurnalist kollektivimiz qanunsuzluqların bütün növ təzahürləri ilə mübarizə işində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir, gərəkən informasiya dəstəyi verir.

Dəryaz qəzetinin redaksiyasına daxil olmuş məlumata görə, dövlət qulluğunda “fərqlənmiş” auditor Firsənd Qurbanov 1998-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon Maliyyə idarəsinin rəisi vəzifəsində işlədiyi vaxt Maliyyə Nazirliyində idarə rəisi olan tələbəlik dostu Səlim Müslümovun instruktajı ilə 157 milyard pulu (indiki nominalla 5 milyon manatdan çox) Badamdar qəsəbəsinin abadlaşdırılrması təyinatı ilə tikinti materialları alınması adı ilə Səbail RİH-nin Badamdar qəsəbə nümayəndəliyinin hesabına köçürdərək sonradan nağdalaşdırıb, o vaxt Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru işləyən tələbəlik dostu Heydər Əsədovla birləşərək mənimsəyib. Həmin vaxt qalmaqallı korrupsiya araşdırması getsə də, hətta H.Əsədov dindirilməyə cəlb olunsa da, sonradan sərbəst buraxıldı. Necə oldusa, hamısı məsuliyyətə cəlb olunmaq əvəzinə irəli çəkildilər: H.Əsədov Maliyyə nazirinin müavini — maliyyə-uçot idarəsinin rəisi vəzifəsinə, sonradan Hesablama Palatasına sədr, Firsənd Qurbanov isə Hesablama Palatasında Təhsil, elm, səhiyyə və mədəniyyət xərclərinə nəzarət şöbəsinin müdiri vəzifəsinə getdi. Hazırda isə Maliyyə Nazirliyində sənayenin maliyyələşdirilməsi şöbəsinin rəisidir. Bir sözlə, bircə Səlim Müslümov istisna olmaqla, digər adları çəkilən iki iqtisadçı alimin bəxti yeyin oldu.

İnanırıq ki, Firsənd Qurbanovun Səbail rayon Maliyyə İdarəsinin rəisi olduğu dövrdə Badamdar qəsəbəsinin abadlaşdırılmasına yönəlik xərclərin təyinatı üzrə xərclənib-xərclənmədiyinin yenidən yoxlanılarsa, ortaya büdcə vəsaitlərinin ciddi mənimsənilməsi faktları çıxacaq. Adları çəkilən şəxslərin təqsiri sübuta yetirilərsə, vurduqları ziyanı ödəmələri üçün hər cür imkanları – çoxsaylı villa və mənzilləri, bahalı avtomobilləri, gəlirli obyektləri vardır.

Qarşı tərəf kimi mövqeyini öyrənmək üçün Firsənd Qurbanova zəng etdikdə o, əvvəlcə koronavirusa yoluxduğunu bildirsə də, ertəsi gün telefon danışığımızda artıq sağaldığını dedi, lakin suallarınmızı Maliyyə Nazirliyinin mətbuat xidmətinə ünvanlamağımızı məsləhət gördü. O,bildirdi ki, «məsələ ilə əlaqədar Nazirliyin mətbuat xidmətinin rəisi Mais Piriyevə zeng edin Xahis edirəm məni narahat etməyin Tel 4044787 is»

Növbəti addımımızla Maliyyə Nazirliyinə və Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədova sorğu məktubları göndərdik. Təəssüf ki, adresatların cavabları hələ də ləngiyir.

Firsənd müəllimin qeyd etdiyi nazirliyin 012 4044787 nömrəsinə etdiyimiz zəngə isə cavab verən olmadı.
Mövzunu davam etdirəcəyik.//Deryaz.az


Oxunub: 93

Son xəbərlər

"Sorğu aparılan şagirdlərin 5 faizi siqaret çəkir" - Nazirlik

Lukaşenko Qırğızıstana getdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olundu

Ucarda quldurluq edən üç nəfər saxlanılıb

"Sülhməramlılar öz fikirlərinə əsasən fəaliyyət göstərirlər" - Sabiq nazir

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət etdi

“Instagram”da YENİLİK

Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır - TƏKLİF

Ronaldo daha bir rekord qırdı

Arayik Arutyunyan Paris meri ilə görüşüb

Azərbaycan, Ermənistan və Rusiya baş prokurorları görüşdü

DİM doktorant və dissertantlara müraciət etdi

“Politico” Putini “ilin məğlubu” ADLANDIRDI

Kamran Əliyev Rusiyada səfərdədir

Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu - FOTOLAR

Sabahın hava proqnozu

Onlara 105,7 milyon manat birdəfəlik ödəmə verildi

Səttar Xanın qohumu olan azərbaycanlı vəfat etdi

Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyənlərin NƏZƏRİNƏ!

İranın keçmiş prezidenti ölkədəki aksiyalara dəstək verdi

Toivo Klaar İrəvana getdi

Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ

Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

Azərbaycan və Türkiyənin generalları görüşdü

Neftin qiyməti cüzi artdı

Bütün xəbərlər