“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” — Nazirə SƏRT İTTİHAM

DogruXeber.az: - “Günah birbaşa Təhsil Nazirliyində, təhsildən xəbəri belə olmayan nazirdədir. O adamın başı keçəldir, elə bilir ki, hər şeyi bilir. Amma heç nəyi bilmir...”

Yenisabah.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Azərbaycanda 2021-ci ildə ana olan məktəb şagirdlərinin statistikasından danışan partiya sədri rəqəmlərin tükürpədici olduğunu vurğulayıb.

O, bildirib ki, bu məsələdə günah məhz Təhsil Nazirliyindədir:

“Gətirib Emin Əmrullayevi xalqın gələcəyini quran bir yerə nazir qoyublar, gələcəyi puç edir. Ona görə orta məktəbdə oxuyanlar da ana olur.

Bu Azərbaycanda, ümumiyyətlə, dünyada görünməmiş haldır. Əgər təhsil naziri bir gün sinifdə oturmayıbsa, bir saat şagirdlərə dərs deməyibsə, ondan necə nazir ola bilər?!

Bu məsələdə günahı valideynlərdə görmürəm. Mən dəfələrlə demişəm. Buna görə hətta mənim dostlarım da bəzən məni qınayırlar ki, niyə həqiqəti bu qədər sərt danışırsan? Amma haqqı deməliyik. Düşünürəm ki, bu cür işlərin kökü gedib Təhsil Nazirliyinə çıxır. Təhsil naziri təcili surətdə istefa verməlidir, ağır olmalı, deməlidir ki, mən bu sahəni bacarmıram, məni bu posta təklif edən adam dövləti də, xalqı da aldadıb. Fikrimcə, biz çox böyük bir biabırçılığın astanasındayıq, bu xoşagəlməyən haldır, mən bunu qəbul edə bilmirəm”.

H.Hacıyevin sözlərinə görə, bu gün məktəblər şagirdləri milli ruhda tərbiyə olunmur:

“Hamımızın övladı var, bizim gələcəyimiz gənclərdən asılıdır. Biz gəncləri qoruyub-saxlaya, onlara kömək edə bilmirik. Biz gəncləri milli adət-ənənə uğrunda mübarizəyə səsləyə bilmirik. Onlara milli ruhda tərbiyə verilməsində məktəblərin rolu sıfıra yaxındır. Buna görə də gələcəyimiz sual altındadır. Mən çox təəssüf edirəm ki, Azərbaycana təhsilə belə bir nazir rəhbərlik edir. Onu tanımıram, nə də münasibətim var. Emin Əmrullayevlə heç bir qərəzim yoxdur, sadəcə olaraq, onun Azərbaycan təhsilinə olan münasibəti məni çox narahat edir və düşünürəm ki, onun haqqında ciddi düşünmək lazımdır”.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanda 2021-ci ildə 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb. Statistikada qeyd olunur ki, onların 84 nəfəri 16 yaşa qədər olan analar, 341 nəfəri isə 16 yaşlı analardır.//demokrat.az


Oxunub: 251

Son xəbərlər

"Sorğu aparılan şagirdlərin 5 faizi siqaret çəkir" - Nazirlik

Lukaşenko Qırğızıstana getdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olundu

Ucarda quldurluq edən üç nəfər saxlanılıb

"Sülhməramlılar öz fikirlərinə əsasən fəaliyyət göstərirlər" - Sabiq nazir

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət etdi

“Instagram”da YENİLİK

Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır - TƏKLİF

Ronaldo daha bir rekord qırdı

Arayik Arutyunyan Paris meri ilə görüşüb

Azərbaycan, Ermənistan və Rusiya baş prokurorları görüşdü

DİM doktorant və dissertantlara müraciət etdi

“Politico” Putini “ilin məğlubu” ADLANDIRDI

Kamran Əliyev Rusiyada səfərdədir

Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu - FOTOLAR

Sabahın hava proqnozu

Onlara 105,7 milyon manat birdəfəlik ödəmə verildi

Səttar Xanın qohumu olan azərbaycanlı vəfat etdi

Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyənlərin NƏZƏRİNƏ!

İranın keçmiş prezidenti ölkədəki aksiyalara dəstək verdi

Toivo Klaar İrəvana getdi

Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ

Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

Azərbaycan və Türkiyənin generalları görüşdü

Neftin qiyməti cüzi artdı

Bütün xəbərlər