Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

Hindistan Ermənistana təxminən 250 milyon dollar dəyərində silah-sursat göndərəcək. Sentyabrın əvvəlində iki ölkənin hökumətləri arasında müvafiq müqavilələr imzalanıb. Sifariş yerli istehsal olan “Pinaka” raket sistemlərinin ilk ixracını əhatə edir. Həmçinin, razılaşmanın bir hissəsi olaraq Hindistan Ermənistana tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatlar da verəcək. Ekspertlərin fikrincə, Ermənistanın ardıcıl şəkildə təxribatlar törətməsi və 13-14 sentyabr hadisələri sonrası Hindistanın ölkəmizə qarşı sərgilədiyi mövqe diqqət çəkir. Təsadüfi deyil ki, Yeni Dehlini təmsil edən nümayəndə sentyabrın 15-də BMT Təhlükəsizlik Şurasının toplantısında ad çəkmədən ölkəmizi “təcavüzkar” adlandırmışdı.

Siyasi şərhçi Turan Rzayev "Sherg.az"a bildirib ki, Hindistanın Ermənistana təxminən 250 milyon dollar dəyərində silah-sursat göndərməsi Dehlinin riyakar simasını aydın şəkildə göstərir. Ekspert deyib ki, Hindistan müstəqil ölkə kimi istədiyi dövlətə silah sata bilər. Lakin silah satdığı ölkənin Ermənistan olması Hindistanın öz müqəddəslərinə, tarixi şəxslərinə də hörmətsizliyin göstəricisidir: "Ötən ilin mart ayının 29-da Ermənistanın paytaxtı İrəvanda yerləşən Hindistanın siyasi və ideoloji lideri Mahatma Qandi abidəsini yandırmışdı. Özü də bu hadisə erməni millətçiləri tərəfindən heykələ qarşı aksiya başladılaraq edilmişdi. Qandinin heykəlinin yandırılmasına səbəb isə erməni milliyyətçilərinin onu “erməni soyqırımı”nı inkar etməkdə günahlandıraraq Qandini Türkiyəyə simpatiyada ittiham etmələri idi. Qandi pasifist bir siyasətçidir, yəni özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhdarı olan şəxs olub. Belə olan təqdirdə Qandi “erməni soyqırımı”nı inkar edə bilərdimi? Əgər həqiqətən də ortada “erməni soyqırımı” olsa idi, bunu öncə Mahatma Qandi tanıyar, hətta bunu dünyaya tanıdardı".

T.Rzayev qeyd edib ki, Hindistanla Azərbaycan arasında əslində tarixi əlaqələr genişdir. Xüsusilə Azərbaycanda Hindistan mədəniyyəti sevilən, sayılan, hörmət edilən bir mədəniyyətdir: "Bununla belə rəsmi Dehlinin Bakıya qarşı mövqeyinin mənfi mənada dəyişdiyi aydın sezilir. Bunun bir neçə səbəbi var. Birincisi, din amilidir. Hindistanın hazırda yürütdüyü ermənipərəst siyasətin əsasında bu ölkənin islamofob hakimiyyətinin mövqeyi dayanır. Ümumiyyətlə, Hindistanın hakim radikal, millətçi “Bxaratiya Canata” (BJP) partiyası və onun lideri Narendra Modi uzun müddətdir ki, islamafob və nasist siyasət yeridir. Narendra Modi 2014-cü ildə hakimiyyətə gəldikdən sonra ölkədə islamafobiya və müsəlmanlara qarşı hücumlar hər il artmağa başlayıb. Hindli millətçilərinin müsəlmanları ölümlə hədələyən and videolarının yayılması həm ölkə daxilində, həm də xaricdə dəfələrlə reaksiyalara səbəb olub. Digər məqam isə Azərbaycanın Pakistanla münasibətləri və Kəşmir məsələsi ilə bağlıdır. Aydın məsələdir ki, son illərdə Pakistan ilə Azərbaycan arasında münasibətlər sürətlə və çoxşaxəli surətdə inkişaf edir. İki ölkə arasında imzalanan hərbi siyasi müqavilələr, görünür, Hindistanı narahat edir. Pakistanın 44 günlük Vətən müharibəsindəki mövqeyi və Bakıya açıq dəstək verməsi isə Hindistanı xüsusi ilə ciddi narahat edib. Yeni Dehli, görünür, Bakının Kəşmir münaqişəsində mövqeyinin dəyişməsindən ehtiyat edir. Halbuki, Azərbaycan hər zaman Kəşmir münaqişəsinin beynəlxalq hüquq əsasında dinc yolla həllini də dəstəkləyib".

Analitik hesab edir ki, rəsmi Bakı Dehliyə qarşı cavab addımları atmalıdır. Ehtimal cavab addımları isə bunlar ola bilər: "Azərbaycan Hindistanın riyakar və ermənipərəst siyasətindən nəticə çıxarmalı, siyasi və hərbi sahədə Çinlə əməkdaşlığını daha da gücləndirməlidir. Azərbaycan, Türkiyə və Pakistan ilə münasibətləri daha da sıxlaşdırmalı, bu yolla Hindistanın riyakar siyasətinə adekvat cavab verməlidir. Azərbaycan cəmiyyəti Ermənistana dəstək verən Hindistanın əsl simasını aydın görməli, bu ölkənin maddi və mədəni istehsalını baykot etməlidir. Azərbaycan Kəşmir münaqişəsindəki mövqeyini Pakistanın lehinə gözə çarpacaq şəkildə dəyişməli, bu istiqamətdə Çin Hindistan ilə əlaqələri inkişaf etdirməlidir".


Oxunub: 71

Son xəbərlər

"Sorğu aparılan şagirdlərin 5 faizi siqaret çəkir" - Nazirlik

Lukaşenko Qırğızıstana getdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olundu

Ucarda quldurluq edən üç nəfər saxlanılıb

"Sülhməramlılar öz fikirlərinə əsasən fəaliyyət göstərirlər" - Sabiq nazir

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət etdi

“Instagram”da YENİLİK

Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır - TƏKLİF

Ronaldo daha bir rekord qırdı

Arayik Arutyunyan Paris meri ilə görüşüb

Azərbaycan, Ermənistan və Rusiya baş prokurorları görüşdü

DİM doktorant və dissertantlara müraciət etdi

“Politico” Putini “ilin məğlubu” ADLANDIRDI

Kamran Əliyev Rusiyada səfərdədir

Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu - FOTOLAR

Sabahın hava proqnozu

Onlara 105,7 milyon manat birdəfəlik ödəmə verildi

Səttar Xanın qohumu olan azərbaycanlı vəfat etdi

Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyənlərin NƏZƏRİNƏ!

İranın keçmiş prezidenti ölkədəki aksiyalara dəstək verdi

Toivo Klaar İrəvana getdi

Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ

Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

Azərbaycan və Türkiyənin generalları görüşdü

Neftin qiyməti cüzi artdı

Bütün xəbərlər