Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL

DogruXeber.az: - Qazaxıstanın milli valyutası - tengə ilə kriptovalyutanın qanuni alınması üzrə ilk əməliyyat Astanada keçirilən "Digital Bridge" beynəlxalq texnologiya forumunun saytında baş tutub.

Bu barədə cümə axşamı Qazaxıstan Avrasiya Bankının mətbuat xidməti məlumat yayıb.

Forumda Qazaxıstanın "Intebix" fond birjası ilə Avrasiya Bankının birgə stendi təşkil olunub.

Mətbuat xidmətinin məlumatına görə, sentyabrın 28-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev forumda olub və ilk kriptovalyuta əməliyyatı ilə bağlı hesabatı dinləyib.

"Intebix" birjasının direktoru Talqat Dosanov deyib: “Bu, bütün Avrasiya qitəsində bir bankın – müştərinin kripto-birjasının ilk kripto-fiat əməliyyatıdır”.

Bu presedent qazaxıstanlılara təngəyə qanuni olaraq kriptovalyuta almağa imkan verir.

"Avrasiya bankı kriptovalyuta ilə ilk qanuni və şəffaf əməliyyatı həyata keçirib. Bu, tənzimləyici və biznesin birgə işinin nəticəsidir. Bank cəmi 4 ay ərzində birjaya təngənin depozitə qoyulması və çıxarılması prosesini inkişaf etdirməyə nail olub, burada müştərilər +kriptovalyuta ala bilər”, - mətbuat xidməti izah edib.

"Intebix" Qazaxıstanda yerləşən virtual valyuta birjasıdır, respublikada fəaliyyət göstərmək üçün lisenziyaya malikdir və bütün qanuni tələblərə cavab verir. "Biteeu" brendi altında Avropa Birliyi və Avstraliyada lisenziyalıdır.Ümumiyyətlə, bir sıra ölkələr kriptovalyutadan istifadəni qanuniləşdirib.

Maraqlıdır, Azərbaycanda da kriptovalyutanın maliyyə əməliyyatlarında istifadəsi qanuniləşdirilə bilərmi?

Cebhe.info-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, kriptovalyuta şəffaf ödəmə sistemi olmadığı üçün Azərbaycanda qanuniləşdirilməyəcək:

"Kriptovalyutanın qanuniləşdirilməsi üçün Azərbaycanda və digər ölkələrdə böyük zəmin görmürəm. Çünki kriptovalyuta şəffaf ödəmə sistemi deyil və bunun arxasında dövlətin maddi neməti, məhsulu durmur. Bu, sadəcə rəqəmsal ödəmə vasitəsidir. Hesab edirəm ki, bir çox ölkə bunun qanuniləşdirməsi ilə bağlı tərəddüd edir. Ümumiyyətlə, kriptovalyuta “kölgə iqtisadiyyatı”nın məhsuludur və “kölgə iqtisadiyyatı”nda ödəmə forması kimi daha çox istifadə olunur.

Bu gün Rusiya da kriptovalyuta ilə ödəmələri qəbul etmək haqqında düşünür. Çünki digər ödəmə imkanları, ona qoyulan sanksiyalarla bağlı olaraq maliyyə əməliyyatlarını həyata keçirmək imkanları məhduddur. Hesab edirəm ki, bu, sanksiya xatirinə deyilən məlumatdır. Real əməliyyatlarda kriptovalyuta ilə keçirilən əməliyyatlar qəbul edilməyəcək. Eyni zamanda, Azərbaycanda da bunun qanuniləşdirilməsini düşünmürəm".//dia.az


Oxunub: 149

Son xəbərlər

"Sorğu aparılan şagirdlərin 5 faizi siqaret çəkir" - Nazirlik

Lukaşenko Qırğızıstana getdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olundu

Ucarda quldurluq edən üç nəfər saxlanılıb

"Sülhməramlılar öz fikirlərinə əsasən fəaliyyət göstərirlər" - Sabiq nazir

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət etdi

“Instagram”da YENİLİK

Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır - TƏKLİF

Ronaldo daha bir rekord qırdı

Arayik Arutyunyan Paris meri ilə görüşüb

Azərbaycan, Ermənistan və Rusiya baş prokurorları görüşdü

DİM doktorant və dissertantlara müraciət etdi

“Politico” Putini “ilin məğlubu” ADLANDIRDI

Kamran Əliyev Rusiyada səfərdədir

Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu - FOTOLAR

Sabahın hava proqnozu

Onlara 105,7 milyon manat birdəfəlik ödəmə verildi

Səttar Xanın qohumu olan azərbaycanlı vəfat etdi

Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyənlərin NƏZƏRİNƏ!

İranın keçmiş prezidenti ölkədəki aksiyalara dəstək verdi

Toivo Klaar İrəvana getdi

Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ

Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

Azərbaycan və Türkiyənin generalları görüşdü

Neftin qiyməti cüzi artdı

Bütün xəbərlər