gundem / sosial / Cəmiyyət
30.09.2022, 15:45
“Qaz sayğacı zədələndikdə abonent nə etməlidir?” — AÇIQLAMA
“Abonentin təqsiri olmadan sayğac zədələnibsə, həmin halda heç bir hesabat aparılmır”.
Bunu Azəriqaz İB-nin İdarəetmə aparatının İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəisi Elçin Qocayev deyib. O bildirib ki, yalnız yeganə təqsiri olan adamla ölçü xətalarının normadan artıq olduğu halda hesabat aparılır, qalan hallarda isə hesabat aparılmır.
“Əgər abonentin təqsiri varsa, onu sübut etmək üçün bizim də onla bağlı yerlərə verdiyimiz təlimatlar var. Həmin təlimatlarda da qeyd olunub ki, nə cür hesabat aparılmalıdır, nə cür yanaşmaq lazımdır. Orada da qeyd olunub ki, abonentin təqsiri sübuta yetirilərsə və abonent tərəfindən sayğaca müdaxilə sübuta yetirilərsə akt tərtib olunur”.