“Vaşinqtonda sülhdən danışır, Parisdə isə hərbi qarşıdurmaya hazırlanır” - NƏ BAŞ VERİR?

"Ermənistan Vaşinqtonda sülhdən danışır, Parisdə isə hərbi qarşıdurmaya hazırlanır".

Bu barədə "Sherg.az"a Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib. Partiya təmsilçisi bildirib ki, Fransa-Ermənistan əlaqələrinin inkişafı regionda sülhün əldə edilməsinə mane olur: "Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya səfəri çərçivəsində bu ölkədən yardım istəməsi əsasən, Azərbaycana qarşı yeni hərbi təxribatlara əl atmasına hesablanıb. Paşinyan həmkarı E.Makronla Fransa hərbiçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsini müzakirə edib. Fransa ilə hərbi-texniki əməkdaşlıq edən, Hindistandan silah alan İrəvan Vaşinqtondakı görüşlərlə imitasiya edir. Ermənistan mənasız danışıqlarla vaxt qazanmağa, hərbi fəaliyyətini təkmilləşdirməyə çalışır. Təbii ki, Amerika Birləşmiş Ştatları Fransanın bu məsələdə aktivliyini qəbul etməyəcək. Paşinyanın Paris, Vaşinqton və Brüssel arasında var-gəl etməsi isə İrəvanın əleyhinə çevriləcək".

Ekspert açıqlayıb ki, Ermənistan siyasi ritorikada "sülh danışıqları"ndan danışsa da, praktikada hərbi qarşıdurmaya hazırlanır: "Sərhəddəki təxribatlar da bundan xəbər verir. Ermənistanın əsas məqsədi demarkasiya olunmamış ərazilərdən Azərbaycan Ordusuna qarşı təxribatlara əl atmaqdır. Rəsmi Bakının Ermənistanla bağlı siyasətində öz strateji planları var və onlardan geri çəkilmək fikrində deyil. Azərbaycan yaxın dönəmdə Ermənistanın iddia etdiyi ərazilərə nəzarəti bərpa edəcək. Danışıqlar prosesi gərgindir və İrəvan növbəti hərbi eskalasiyaya can atır".


Oxunub: 74

Son xəbərlər

"Sorğu aparılan şagirdlərin 5 faizi siqaret çəkir" - Nazirlik

Lukaşenko Qırğızıstana getdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olundu

Ucarda quldurluq edən üç nəfər saxlanılıb

"Sülhməramlılar öz fikirlərinə əsasən fəaliyyət göstərirlər" - Sabiq nazir

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət etdi

“Instagram”da YENİLİK

Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır - TƏKLİF

Ronaldo daha bir rekord qırdı

Arayik Arutyunyan Paris meri ilə görüşüb

Azərbaycan, Ermənistan və Rusiya baş prokurorları görüşdü

DİM doktorant və dissertantlara müraciət etdi

“Politico” Putini “ilin məğlubu” ADLANDIRDI

Kamran Əliyev Rusiyada səfərdədir

Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu - FOTOLAR

Sabahın hava proqnozu

Onlara 105,7 milyon manat birdəfəlik ödəmə verildi

Səttar Xanın qohumu olan azərbaycanlı vəfat etdi

Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyənlərin NƏZƏRİNƏ!

İranın keçmiş prezidenti ölkədəki aksiyalara dəstək verdi

Toivo Klaar İrəvana getdi

Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ

Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

Azərbaycan və Türkiyənin generalları görüşdü

Neftin qiyməti cüzi artdı

Bütün xəbərlər