Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Bir neçə gün əvvəl Astara rayon Marzəsəy kənd sakini Yusif Babazadə "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradaraq, canlı efirdə üzləşdiyi sosial problemlərdən - daha dolğun desək, bildirir ki, hərbi xidmət zamanı, ayağına kiçik ölçülü ayaqqabı geyindiyi üçün, ayaq barmaqları qanqrena olub və barmaqları amputasiya olunub. Bu səbəbdən hərbi xidmətə yararsız olduğu üçün təxris olunub. İndi isə lilliyə görə aldığı müavinət bir neçə müddətdir dayandırılıb. Bərpası üçün hər dəfə müxtəlif bəhanələrlə uzadıldığından gileylənirdi.



Qeyd edək ki, artıq Yusif Babazadənin problemi aidiyyatı qurum tərəfindən diqqətə götürülüb həlli istiqamətində proseslər davam etdirilir. Ümid edirik, tezliklə müsbət nəticəsi olacaqdır.

Bu dəfə isə elə həmin - Astara rayon Marzəsəy kəndinin digər sakini Babayev Aslan Mütəllim oğludur.

Aslan birinci Qarabağ müharibəsi veteranıdır. Ailəlidir. Bildirir ki, "Doğrudur, müharibə veteranı kimi 80 manat müavinət alıram. Eyni zamanda işləyirəm. O qədər çox ehtiyaclarım var ki, aldığım məvacib "fil yanında qarışqa" kimi görünür.

Bir müddət əvvəl evdə ailədaxili çox ciddi problemlərim və maddi ehtiyaclarım yarandı. Buna görə də məcburiyyət qarşısında qalaraq, təcili kredit götürməli oldum. 7 müxtəlif yerlərdən kredit götürmüşdüm, indi çatdırıb ödənişləri vaxtında ödəyə bilmirəm.

Həm ailəmi dolandırmaq, həm də 7 yerə kredit ödəmək mənim üçün olduqca çətindir. Nə edəcəyimi bilmirəm.
Əl açıb, kimlərdənsə istəməyə də üzüm gəlmir. O boyda müharibə yolu - Kişilik məktəbi keçmişəm, mən. İndi hansı üzlə xalqa üz tutub, kömək istəyim. Göz görə-görə düşmən qarşısında məğrur dayanan qürurumuzu ehtiyac səbəbilə öz əlimizlə qırmağa məruz qalırıq. Bir mən yox. Ümumilikdə, çox Qarabağ qazilərinin, veteranlarının vəziyyəti belədir ".

Bəli, çox təəssüflər olsun ki, Aslan Babayev haqlıdır və buna görə də düşünürük bu cür şəxslər rayon rəhbərliyinin, ümumiyyətlə yerli icraedici orqanların diqqətində olmalı, problemləri ilə maraqlanmalı, lazımi köməkliklər göstərilməlidir.

Güman edirik, Astara rayon İcra Hakimiyyəti də Aslan Babayevin probleminə həssas yanaşacaqdır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO

Astarada Qarabağ veteranı çətin durumda... - VİDEO // FOTO


Oxunub: 330

Son xəbərlər

"Sorğu aparılan şagirdlərin 5 faizi siqaret çəkir" - Nazirlik

Lukaşenko Qırğızıstana getdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olundu

Ucarda quldurluq edən üç nəfər saxlanılıb

"Sülhməramlılar öz fikirlərinə əsasən fəaliyyət göstərirlər" - Sabiq nazir

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət etdi

“Instagram”da YENİLİK

Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır - TƏKLİF

Ronaldo daha bir rekord qırdı

Arayik Arutyunyan Paris meri ilə görüşüb

Azərbaycan, Ermənistan və Rusiya baş prokurorları görüşdü

DİM doktorant və dissertantlara müraciət etdi

“Politico” Putini “ilin məğlubu” ADLANDIRDI

Kamran Əliyev Rusiyada səfərdədir

Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu - FOTOLAR

Sabahın hava proqnozu

Onlara 105,7 milyon manat birdəfəlik ödəmə verildi

Səttar Xanın qohumu olan azərbaycanlı vəfat etdi

Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyənlərin NƏZƏRİNƏ!

İranın keçmiş prezidenti ölkədəki aksiyalara dəstək verdi

Toivo Klaar İrəvana getdi

Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ

Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

Azərbaycan və Türkiyənin generalları görüşdü

Neftin qiyməti cüzi artdı

Bütün xəbərlər