İlham Əliyev Koreya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola təbrik məktubu ünvanlayıb.

"DogruXeber.az" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Koreya arasında dostluq münasibətlərinin hazırkı vəziyyəti məmnunluq doğurur. Ötən dövr ərzində dövlətlərarası əlaqələrimiz yüksələn xətlə inkişaf etmiş, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız dərinləşmişdir.

Koreya şirkətləri Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində uğurla iştirak edirlər. Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan əsaslı bərpa və yenidənqurma işləri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Koreya əlaqələrinin mövcud potensialından səmərəli istifadə edərək qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm".


Oxunub: 365

Son xəbərlər

“AQA Şirkətlər Qrupu” xeyli tələbəni aldadıb - ŞOK İDDİA

"İzmir" klinikasında pasiyenti bu hala saldılar-Fotofakt

Səidə Tağızadə direktor təyin edildi

Elektromaqnit şüalarının qarşısını bununla alın: Amezcua E-Guard X Çipi...

Azərbaycan diasporunun üzvü Ukraynada OĞURLANDI – FOTO

Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir

Quru sərhədlərlə bağlı YENİ XƏBƏR VAR: Gürcüstan, İran və Rusiya ilə...

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Energetika Nazirliyinin tenderi ləğv edildi

Şərurlu İsfəndiyar QHT sədrini evindən çıxarır - VİDEO

Türkiyə Netanyahunun təyyarəsi ilə bağlı qərar verdi

Prezident Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını etdi - FOTO

Həkim xəstəni bu hala saldı-Dəhşətli FOTO

Baş nazir süni intellekt strategiyası ilə bağlı QƏRAR İMZALADI

Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik olunub

“İmperial” MTK-nın rəhbəri nə işlər çevirirmiş-DE-FAKTO

Salyan Su Meliorasiya idarəsində baş verən qanunsuzluqlar və danışan "ölü canlar"

İcra məmurunun oğluna verilən milyonluq tenderlər

Nazir onu Kino Agentliyinə baş direktor təyin etdi

ABŞ-də vulkan xəbərdarlığı: Bütün uçuşlar dayandırıla bilər

 Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika...

“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib

Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir -Bakıda toxunulmaz dələduz

Nizami rayonunda yolun hər iki tərəfini zəbt edib sürücülərdən pul alırlar

“İmamoğlu işi” ilə bağlı daha 18 nəfər həbs edildi

Azərbaycanda yoxsulların sayı sürətlə artır – Rəsmi statistika

Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır

AAYDA "vzv"a da gedir? - VİDEO

ChatGPT və yaradıcılıq: İnsanın və süni intellektin birlikdə yaratdığı əsərlər

Çağırışçılar cərimələnməmək üçün bu qaydalara riayət etməlidirlər

Bütün xəbərlər