“İmam Mehdi”nin şeytan adlandırdığı qadın ərini məhkəməyə verdi — Qalmaqallı işin təfərrüatı

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin qanunsuz əməlləri nəticəsində zərərçəkmişlərdən biri Mehman Baxışzadə övladına alment ödəməkdən yayınır.

"DogruXeber.az" Demokrat.az-a istinadən xəbər verir ki, Mehman Baxışzadə özünü “zühur etmiş 12-ci İmam Mehdi” kimi təqdim edib, 15 ildən çox müddətdə müxtəlif adamları aldatmaqda, illərlə onların külli miqdarda pulunu zəkat, yardım adıyla mənimsəməkdə ittiham olunan Aqil Babayevin işi üzrə zərərçəkmişlərdən biridir.
Bu illər ərzində Aqil Babayevə hər ay pul verdiyini iddia olunan Mehman Baxışzadənin özü də pul məsələsinə görə məhkəməyə verilib. Onun keçmiş həyat yoldaşı iddia edib ki, birgə nikahdan dünyaya gəlmiş qızına aliment ödəmir.

Mehman Baxışzadənin keçmiş həyat yoldaşı məhkəmədə aliment tələbilə iddia qaldırıb. Bu iddia ərizəsinə Xətai rayon Məhkəməsində baxılıb. Keçmiş həyat yoldaşı aylıq 500 manat aliment tələb edib. O bildirib ki, uzun illər öncə ayrılsalar da, Mehman Baxışzadə övladının xərclərini ödəməyib. Bu üzdən məcbur olub, illər sonra məhkəməyə müraciət edib.

Mehman Baxışzadə isə bildirib ki, bir şirkətdə tikinti üzrə usta işləyir, aylıq maaşı 300 manatdır, başqa uşaqları da var və bunun nəzərə alınmasını istəyir.
Məhkəmə onun üzərinə aylıq 193 manat aliment ödəmək öhdəliyi qoyub.

Qeyd edək ki, Aqil Babayevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baxılır.
Bu cinayət işi üzrə məhkəmədə ifadə verən zərərçəkmiş Mehman Baxşızadə ifadəsində deyib ki, Aqil Babayevi “İmam Mehdi” kimi qəbul edib, ona bu illər ərzində təxminən 10 min manat verib.

Bundan başqa, onun evlərinin təmir-tikintisində iştirak edib. Hər dəfə “İmam Mehdi” ona zəhmət haqqı kimi 10 min manat verəcəyini vəd etsə də, sözünə əməl eləməyib.

Mehman Baxışzadə deyib ki, “İmam Mehdi” haqda söhbətlərinə görə evdə həyat yoldaşı ona gülüb: “Mən də bunu Aqil Babayevə danışdım. O isə həyat yoldaşımı “şeytan” adlandırdı, ondan ayrılmağımı tövsiyə etdi. Mən də Aqil Babayevin sözü ilə birgə nikahdan iki qızlarım olan həyat yoldaşımdan boşandım”.

Mehman Baxışzadənin sözlərinə görə, bir müddət sonra o, “İmam Mehdi”nin tövsiyə etdiyi qadınla ailə qurub, toy məclisi qurub, kəbinlərini də Aqil Babayev kəsib. Bu nikahdan da bir qızı dünyaya gəlib. Amma bir müddət keçəndən sonra həyat yoldaşının “İmam Mehdi” ilə sevgi münasibətlərini əks etdirən məktublar tapıb.

Mehman Baxşızadə bildirib ki, Aqil Babayevə 12-ci imam kimi çox inandığına görə həmin məktublar oxuduqlarına şübhə ilə yanaşıb.

Buna baxmayaraq, oxuduqlarını həzm edə bilməyib və 2012-ci ildə həyat yoldaşından ayrılıb. Amma Aqil Babayevin özünə bu haqda heç nə deməyib.
Əksinə, onunla münasibətləri davam etdirib – ona əvvəlki kimi zəkat verib, beyət edib. Bu proses Aqil Babayev həbs olunduğu vaxta qədər davam edib.
Mehman Baxşızadə ikinci həyat yoldaşından ayrılandan bir müddət sonra üçüncü dəfə ailə qurub və hazırda da o qadınla yaşadığını deyilir.

ttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.


Oxunub: 76

Son xəbərlər

Naxçıvanın məşhur daxili işlər naziri azadlığa buraxıldı

"Jurnalistlər qonaq deyil" - Sahibə Qafarova

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

"Azərpoçt” MMC karqo xidmətini istifadəyə verdi

NATO Baş katibi İrana xəbərdarlıq etdi

"Təəssüf ki, bu gün siyasi partiyalardan danışanda..." - Komitə sədri

Ermənistanda iki deputat mantadından istefa verdi

Ev alanlara ƏDV necə qaytarılacaq? - AÇIQLAMA

"Dərsə gəlməmək 10 manatdır" - Daha bir direktorun SƏS YAZISI

Naxçıvan Baş Gömrük İdarəsinə rəis vəzifəsi ona həvalə olundu

“Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunur

Bu dövlət rüsumu ləğv edilir

Rusiyada Hesablama Palatasının rəhbəri istefa verdi

Qanunsuz ov edənlər cəzalandırıldı

İlham Əliyev tatarıstanlı həmkarı ilə görüşdü

Əcnəbi tələbələr universitetdən QOVULDU - SƏBƏB

Düşmən Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi ATƏŞƏ TUTDU

İlham Əliyev ərəb naziri qəbul etdi

Yelena Zelenski Rişi Sunakın xanımı ilə görüşdü

Kərim Vəliyev Pentaqon rəsmisi ilə görüşdü

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Azərbaycan nefti ucuzlaşdı

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirildi

"Mənə iş və pay torpağı vermək üçün məndən rüşvət istəyirlər" - Müharibə veteranı canlı efirdə belə dedi // VİDEO

Rusiya hərbi peyk buraxdı

İran Rusiya ilə 300 milyonluq müqavilə imzaladı

Bütün xəbərlər