“BakuBus” yoxa çıxardığı 303 avtobusla bağlı niyə AÇIQLAMA vermir? - HƏQİQƏTƏN DƏ...

DogruXeber.az: - Dövlətin “BakuBus” MMC üçün aldığı 715 avtobusun yoxa çıxan 303-nün aqibəti haqda hələ də rəsmi açıqlama verilmir. Əslində Hesablama Palatası bir neçə il əvvəl bu faktı ortaya çıxarıb və məlum olub ki, Bakı Nəqliyyat Agentliyi 303 avtobusun istifadəyə yararlı müxtəlif ehtiyat hissələrini söküb digərlərinə quraşdırıb.

Yəni indiyədək 80 milyon manat vəsait hesabına alınan avtobusların 25 faizi istismara yararsız hala gətirilib. Acınacaqlısı isə odur ki, onları təmir etmək də mümkün deyil.

2015-ci ildə dövlət tərəfindən alınan 715 avtobusun 303-ü sıradan çıxıbsa, yerdə 412 avtobus qalır. Həmin avtobusların isə gündəlik 100-120 ədədi xəttə buraxılmır. Hansı səbəbdən buraxılmadığı da məlum deyil. Məsələ burasındadır ki, aidiyyəti qurumlar zəhmət çəkib nə yoxa çıxan, nə xəttə buraxılmayan avtobusları araşdırır, nə də qanunsuz addımın qarşısı alınır. Deməli burada qaranlıq məqamlar və qüsurlar var. Qəbul edilməyən isə sərnişinlərə bilərəkdən problem yaradılması və onlara etinasız münasibətdir.

Onu da qeyd edək ki, son vaxtlar BNA “BakuBus”la bağlı heç bir prosesə müdaxilə etmir. Halbuki Hesablama Palatasının araşdırıb ortaya çıxardığı məsələdə birbaşa BNA ittiham olunur.

Qurumun başqa bir məsələdə də adı çəkilir.

Bu günlərdə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov dövlətin daşıyıcı şirkətlər üçün ayırdığı 7,5 milyon manatın “Bakubus” MMC-yə ayrıldığını bildirib. Nazirlər Kabinetinin müvafiq qərarında 7,5 milyon manatın BNA vasitəsilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə ödənilməsi tapşırılıb. Lakin vəsaitin hamısını BNA həmin vaxt öz tərkibində olan “Bakubus” MMC-yə köçürüb.

Qeyd edək ki, Bizim.Media iki həftəyə yaxındır ki, “BakuBus” MMC-yə məsələlərlə bağlı rəsmi sorğu göndərib. Qurumun mətbuat katibi Qabil Babayev sorğulara rəsmi email ünvanından cavab veriləcəyini desə də, suallarımız cavabsız qalıb.

Ümid edirik ki, avtobuslarının sayını azaldıb vətəndaşları narazı salan “Bakubus” məsələyə aydınlıq gətirəcək.//Bizim.Media


Oxunub: 172

Son xəbərlər

"Sorğu aparılan şagirdlərin 5 faizi siqaret çəkir" - Nazirlik

Lukaşenko Qırğızıstana getdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olundu

Ucarda quldurluq edən üç nəfər saxlanılıb

"Sülhməramlılar öz fikirlərinə əsasən fəaliyyət göstərirlər" - Sabiq nazir

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət etdi

“Instagram”da YENİLİK

Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır - TƏKLİF

Ronaldo daha bir rekord qırdı

Arayik Arutyunyan Paris meri ilə görüşüb

Azərbaycan, Ermənistan və Rusiya baş prokurorları görüşdü

DİM doktorant və dissertantlara müraciət etdi

“Politico” Putini “ilin məğlubu” ADLANDIRDI

Kamran Əliyev Rusiyada səfərdədir

Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu - FOTOLAR

Sabahın hava proqnozu

Onlara 105,7 milyon manat birdəfəlik ödəmə verildi

Səttar Xanın qohumu olan azərbaycanlı vəfat etdi

Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyənlərin NƏZƏRİNƏ!

İranın keçmiş prezidenti ölkədəki aksiyalara dəstək verdi

Toivo Klaar İrəvana getdi

Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ

Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

Azərbaycan və Türkiyənin generalları görüşdü

Neftin qiyməti cüzi artdı

Bütün xəbərlər