FHN-dən milyonluq tenderlər udan FHN generalının oğlu borcunu vaxtında ödəmir... - İLGİNC FAKTLAR

Bugünkü tarixə (05.10.2022) olan məlumata görə Fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevin həmtəsisçisi olduğu “ATL Tech” MMC-nin (VÖEN – 2002575181) dövlət büdcəsinə vaxtında ödənilməyən 103 min 755 manat 73 qəpik vergi borcu var.

"DogruXeber.az" yeniavaz.com-a istinadən bildirir ki, “ATL Tech” MMC 22.02.2013-cü il tarixində “Nəsimi rayonu, Bülbül pr, ev 105, M12, m. 3” ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Anar İsmayıl oğludur.

Şirkətin rəsmi veb-saytında qeyd olunur ki, şirkətin 2 həmtəsisçisindən biri general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevdir. Rəşad Mirzəyev 1988-ci ildə anadan olub. Şirkət təsis olunanda 25 yaşı olub. Mirzəyev öz şəxsi blogunda yazır ki, “ATL Group”-un təsisçisi və icraçı direktorudur. Qrupa “ATL Academy”, “ATL Tech”, “ATL Consulting”, “ATL SMS”, “ATL Trading” və “Əjdaha” fast food (dönər evləri) daxildir. Eyni zamanda bir neçə yerli və xarici start-uplarda partnyordur.
General oğlunun fəaliyyətilə bağlı maraqlı məqamlardan biri də odur ki, onun rəhbərlik etdiyi “ATL Tech” MMC atasının yüksək vəzifə (birinci müavin) tutduğu nazirlik (FHN) tərəfindən keçirilən tenderlərdə qalib olur.

“ATL Tech” MMC cəmi 3 ay əvvəl – bu ilin iyun ayında FHN-nin keçirdiyi 3 tenderdə qalib olub. 3 tenderin ümumi məbləği 804 min 663 manat 69 qəpik olub. Bundan başqa “ATL Tech” MMC ötən il FHN-nin keçirdiyi 1,4 milyon manatlıq 4 tender müsabiqəsində də qalib olub.

Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 11-cı maddəsində “dövlət satınalmalarında maraqların ziddiyyəti”nə dair tələblər yer alıb. Həmin maddənin 13.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanların satınalma prosedurlarında iştirakına yol verilmir.

FHN-dən milyonluq tenderlər udan FHN generalının oğlu borcunu vaxtında ödəmir... - İLGİNC FAKTLAR

FHN-dən milyonluq tenderlər udan FHN generalının oğlu borcunu vaxtında ödəmir... - İLGİNC FAKTLAR

FHN-dən milyonluq tenderlər udan FHN generalının oğlu borcunu vaxtında ödəmir... - İLGİNC FAKTLAR


Oxunub: 155

Son xəbərlər

"Sorğu aparılan şagirdlərin 5 faizi siqaret çəkir" - Nazirlik

Lukaşenko Qırğızıstana getdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olundu

Ucarda quldurluq edən üç nəfər saxlanılıb

"Sülhməramlılar öz fikirlərinə əsasən fəaliyyət göstərirlər" - Sabiq nazir

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət etdi

“Instagram”da YENİLİK

Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır - TƏKLİF

Ronaldo daha bir rekord qırdı

Arayik Arutyunyan Paris meri ilə görüşüb

Azərbaycan, Ermənistan və Rusiya baş prokurorları görüşdü

DİM doktorant və dissertantlara müraciət etdi

“Politico” Putini “ilin məğlubu” ADLANDIRDI

Kamran Əliyev Rusiyada səfərdədir

Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu - FOTOLAR

Sabahın hava proqnozu

Onlara 105,7 milyon manat birdəfəlik ödəmə verildi

Səttar Xanın qohumu olan azərbaycanlı vəfat etdi

Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyənlərin NƏZƏRİNƏ!

İranın keçmiş prezidenti ölkədəki aksiyalara dəstək verdi

Toivo Klaar İrəvana getdi

Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ

Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

Azərbaycan və Türkiyənin generalları görüşdü

Neftin qiyməti cüzi artdı

Bütün xəbərlər