Sabiq icra başçısı 5 nəfəri qətl edib? – “Ən doğru cavabı prokrorluq verəcək”

Polşada saxlanılan Qubadlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin nədə ittiham olunduğu məlum olub. E.Nuriyev 5 nəfərin qətlə yetirilməsində, 1 nəfərin qətlinə cəhd etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirkar hesab edilir. İttihama görə, o icra başçısı işləyərkən faktiki rəhbərlik etdiyi “Qaranquş” dəstəsinin üzvləri ilə birgə Qubadlı şəhərinin işğalının kökündə xəyanətin durduğunu iddia edərək rayonun polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetiriblər. Bundan başqa, Elxan Nuriyev daha bir vəzifəli şəxsi öldürməyə cəhddə ittiham olunur. O, həmçinin Qubadlının işğalı dövründə vəzifə səlahiyyətlərini aşaraq İcra Hakimiyyətinə məxsus sənədləri yandırmaqda təqsirləndirilir. Onu da qeyd edək ki, bu qətllərlə bağlı “Qaranquş” dəstəsinin bir neçə üzvü vaxtilə saxlanılıb və ömürlük azadlıqdan məhrum ediliblər.

İşin mahiyyəti ilə dəqiq tanış olmadığını deyən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev “Sherg.az” a bildirib ki, onun belə ağır cinayətlərdə iştirak etdiyini düşünmür:

“Mən Elxanı ləyaqətli və vətənpərvər biri kimi tanıyıram. Lakin işin dəqiqliyini prokrorluq və hüquq- mühafizə orqanları daha yaxşı bilir. Buna görə də hansısa fikir yürütmək doğru olmaz. Çünki burada başqa məsələlər var. Hansısa fikirin söylənməsi həm işin istiqamətləndirilməsinə təsir edə bilər, həm də Elxan bəy və işlə maraqlanan qurumların fəaliyyətinə müdaxilə kimi qiymətləndirilər. Bu səbəbdən də məsələlər ilə bağlı ən yaxşı cavabı Elxan bəy və prokrorluq verəcək”.//dia.az


Oxunub: 97

Son xəbərlər

"Sorğu aparılan şagirdlərin 5 faizi siqaret çəkir" - Nazirlik

Lukaşenko Qırğızıstana getdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olundu

Ucarda quldurluq edən üç nəfər saxlanılıb

"Sülhməramlılar öz fikirlərinə əsasən fəaliyyət göstərirlər" - Sabiq nazir

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

Albaniya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

"Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək" - Armen Qriqoryan

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət etdi

“Instagram”da YENİLİK

Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır - TƏKLİF

Ronaldo daha bir rekord qırdı

Arayik Arutyunyan Paris meri ilə görüşüb

Azərbaycan, Ermənistan və Rusiya baş prokurorları görüşdü

DİM doktorant və dissertantlara müraciət etdi

“Politico” Putini “ilin məğlubu” ADLANDIRDI

Kamran Əliyev Rusiyada səfərdədir

Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu - FOTOLAR

Sabahın hava proqnozu

Onlara 105,7 milyon manat birdəfəlik ödəmə verildi

Səttar Xanın qohumu olan azərbaycanlı vəfat etdi

Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyənlərin NƏZƏRİNƏ!

İranın keçmiş prezidenti ölkədəki aksiyalara dəstək verdi

Toivo Klaar İrəvana getdi

Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ

Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

Azərbaycan və Türkiyənin generalları görüşdü

Neftin qiyməti cüzi artdı

Bütün xəbərlər