gundem / siyaset / dunya
6.10.2022, 09:48
Tokayevin prezidentliyə namizədliyi irəli sürüldü
Qazaxıstanın hakim “Amanat” partiyası cari Prezident Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyini irəli sürüb.
"DogruXeber.az" xəbər verir ki, bu barədə məlumatı hakim partiyanın icraçı katibi Ashat Oralov açıqlayıb.
Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri noyabrın 20-si keçiriləcək.