Kəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri icra olunur

"DogruXeber.az" bildirir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2020-ci il tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı çərçivəsində müvafiq fəaliyyətini davam etdirir.

Belə ki, sözügedən tədbirlər planına əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Kiçik Qafqazın mərkəzi və cənub hissəsində nəcib və əlvan metal perspektivli sahələrdə geoloji-axtarış işlərinin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və “AzerGold” QSC-yə həvalə edilib. Bu çərçivədə Cəmiyyətin geoloji kəşfiyyat qrupu cari ilin iyun ayından etibarən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli axtarışlar aparır. Cəmiyyət tərəfindən 2022-2025-ci illər üzrə tərtib edilmiş kəşfiyyat proqramlarına uyğun olaraq geoloji heyət tərəfindən Tutxun çayının hövzəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənmiş Başlıbel Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində yerüstü aktiv axtarış-kəşfiyat işləri sürətlə davam etdirilir. Bununla yanaşı, araşdırmalar çərçivəsində Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri də həyata keçirilməkdədir. Tutxun hövzəsi təzahür sahələrində bütövlükdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə sözügedən ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır.

Qeyd edək ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.

Kəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri icra olunur

Kəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri icra olunur

Kəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri icra olunur

Kəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri icra olunur

Kəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri icra olunur

Kəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri icra olunur

Kəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri icra olunur


Oxunub: 408

Son xəbərlər

Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma

Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma

Prezidentdən Anar Quliyevlə bağlı SƏRƏNCAM

Mətin Eynullayevin aktivində DAHA BİR NÜANS... - ÇAY YATAĞI SATIŞA ÇIXARILDI

İnformasiyalar işarət dilinə tərcümə ediləcək - Televiziyalara yeni tələb

İlham Əliyevdən ADY ilə bağlı FƏRMAN

Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

6 nəfərlik dəstə ölkədən 254 milyon 409 min 947 manat “qara pulu” belə çıxarıb

Eldar Əzizovla Yasin Molanovu nə bağlayır?

Azərbaycanda bələdiyyələr xərclərinin yarıdan çoxunu əməkhaqqına sərf edib

“Tərtər işi”nə görə tutulanlarla bağlı qərar verildi

Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb - PREZİDENT

Hikmət Sabiroğlu ermənilərin MƏHKƏMƏSİNDƏ

Prezident İlham Əliyev Aİ-nin ali nümayəndəsi Kaya Kallası qəbul edib

"Medaura" klinikasından Nigar Məhəmmədova növbəti qurbanlarına çağırış etdi- Video

İranda nə baş verir?- Kəşfiyyat qurumları ayaqda

Daha bir tikinti şirkəti QALMAQALI… Nə qədər cərimələnəcək?

Pakistanda daha bir terror aktı törədildi - Ölənlər var

İcra başçısının sərvət artımı məhz bu yollardan keçir - VİDEO

İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində oldu

İyunda 13 gün iş olmayacaq

İş adamı satığı mağazalara görə müştəriyə kompensasiya ödəyəcək - 22 minlik məhsul geri qaytarılmır

60 həkim baş psixiatrdan nazirə şikayət etdi: "Aqressivlik edir..."

Stomatologiya sahəsində monitorinqlər aparılacaq

Kürdəmir İcra Hakimiyyətindən qəribə addım: Novruz şənliyi üçün apreldə tender keçirib

“Atlant işi”ndə dava düşdü

Kimlərin maaşı və neçə faiz artırılır?- DEPUTATDAN AÇIQLAMA

Azərbaycanda bu gündən hava pisləşir

DİN kibertalamalarla bağlı vətəndaşlara çağırış etdi

Qaradağda bələdiyyə sədrinin yalanı belə ifşa edildi - VİDEO

Bütün xəbərlər