SİMA-ya yeni funksionallıq əlavə edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA mobil tətbiqinə yeni nəsil rəqəmsal imza ilə imzalanmış sənədlərin yoxlanması funksiyası əlavə edilib.

"DogruXeber.az" xəbər verir ki, yeni funksiya vətəndaşlara SİMA mobil tətbiqi vasitəsilə sənədin imza müəllifləri, imzalanma tarixi və məzmununda hər hansı təhrif barədə məlumat əldə etmək imkanı yaradır.

Vurğulayaq ki, hazırda 12-si dövlət qurumu olmaqla, 60-dan çox müəssisə SİMA yeni nəsil rəqəmsal imzanın xidmətlərindən yararlanmaq məqsədilə inteqrasiya həyata keçirir.

İndiyədək isə maliyyə sahəsində fəaliyyət göstərən “PAŞA Bank”, “Turanbank”, “Yelo Bank”, “Azkredit” BOKT, “Kredit Evi” QSC öz xidmətlərinin daha əlçatan olması və müştərilər tərəfindən çevik əldə edilməsi üçün inteqrasiyanı yekunlaşdırıb. Bundan əlavə, SİMA ilə FİNDOC platformasına (www.findoc.az) daxil olan vətəndaşlar özlərinin kredit skorları, tarixçələri və hesabatı əldə edə bilərlər.

Həmçinin sığorta şirkətləri olan “PAŞA Həyat”, “Bakı Sığorta”, “Qala Sığorta” və “Qala Həyat”ın məhsullarından SİMA vasitəsilə faydalanmaq olar.

Eyni zamanda, vətəndaşlar SİMA ilə “ASAN Login”ə daxil olmaqla 80 portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə ediblər. “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.


Oxunub: 235

Son xəbərlər

"Putin Ukrayna ilə bağlı məsələlərə şəxsən nəzarət edir" - Peskov

Ermənistanın COP29 FOBİYASI — Pərt olmaqdan qorxduqları üçün Bakıya gəlmirlər?

Yeni ildə neçə gün iş olmayacaq?

13-16 yaşlı yeniyetmələrdən ibarət dəstə 370 cinayət törədib

Yusif İldırımzadənin qardaşının cinayət işi ilə bağlı məhkəmə keçirildi

"KTMT ilə bağlı mövqeyimiz dəyişməyib" - Ermənistan XİN

"Bura köhnə Azərbaycan şəhəridir" - Paşinyandan AÇIQLAMA

Ucuz qiymətə bahalı səhhət problemləri - bizi kimi ölkələrdə AKTUALDIR...

Nazim Bəydəmirlinin şikayəti əsasında məhkəmə başlayır

"ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ HƏR AN BAŞLAYA BİLƏR" - Müdafiə nazirindən önəmli açıqlamalar + VİDEO

Dövlət başçısı Efiopiya Prezidenti ilə görüşdü

Kənan Aslanovun rəhbərlik etdiyi "Gemza Group" ölkədən pul çıxarıb - MÜBAHİSƏ - MÜBAHİSƏ

Gömrükdə tır sürücüsündən 2 ədəd su və 2 ədəd siqaret alan hərbçi tərxis olundu - ŞİKAYƏT

Paşinyan 9 noyabr kapitulyasiya aktını necə imzaladığını AÇIQLADI

“AzərEnerji” və “GE Vernova” şirkəti arasında sənəd imzalandı - VİDEO

Borrell Trampı bu şəxslə müqayisə etdi

Hazır qəhvə qocalmanı sürətləndirir

Palau Prezidenti Azərbaycana gəldi

Dünyanın ən böyük mərcanı ilk dəfə COP29-da açıqlandı

"İran və Rusiyanın Cənubi Qafqazda maraqları fərqlidir" - Səfir

"Saakaşvili həbsxanadan çıxa bilməyəcək" - Tbilisi meri

İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşdü

Bu təhsil müəssisəsində tələbələr "soğan kimi soyulur... - ŞOK MƏLUMATLAR // VİDEO

COP29-da rəqəmsallaşma və nəqliyyat: tematik günlər, təşəbbüslər, gözləntilər

D vitamininin əhəmiyyəti

Özünü hotelin sahibi kimi təqdim edib, illərlə pulsuz yaşadı

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

İlham Əliyev Filemon Yanq ilə görüşdü

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ÖLÜM

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər