Paşinyandan Qarabağla bağlı ETİRAF

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, 44 günlük müharibə və nəticələri onun üçün əsas və ən qlobal problemə çevrilib.

"DogruXeber.az" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, hökumət rəhbəri bunu hakim "Vətəndaş müqaviləsi” partiyasının VI qurultayında deyib.

"Bizim üçün Qarabağı danışıqlar prosesinə danışıqlar aparan tərəf kimi cəlb etmək vacib idi. Lakin məlum oldu ki, bu, artıq Ermənistanın nəzarətində deyil, çünki biz başqa yerlərdə qəbul edilən qərarları sakitcə icra edirik”, deyə Paşinyan bildirib.

Paşinyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin oktyabrın 31-də Soçidə keçiriləcək görüşündə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilə qədər uzadılması barədə sənədi imzalamağa hazır olduğunu da bildirib: "Biz istəyirik ki, rusiyalı sülhməramlılar öz missiyalarını yerinə yetirməyə davam etsinlər. Mən Soçidə sülhməramlıların mandatının 10 il, 15 il və ya 20 il uzadılması barədə sənədi imzalamağa hazıram. Təklif edirəm ki, Rusiya Prezidenti bununla bağlı təşəbbüslə çıxış etsin. Mən özüm də bu təklifi edə bilərəm, amma Rusiya tərəfi bu təklifi dəstəkləməlidir".

Baş nazir öz silahdaşlarını cəsarətli olmağa çağırıb. Paşinyan etiraf edib ki, Ermənistanın dağılan dünya düzəni şəraitində dövləti və dövlətçiliyi qorumaq üçün yeni strategiya, yeni baxışa ehtiyacı var: "Köhnə dünya düzəni dağılır və onun dağıntıları altında qalmamaq vacibdir. Mən hakimiyyətə gəldikdən sonra dövlətçiliyin əsaslarını bərpa etməyə çalışdım. Lakin tədricən başa düşdüm ki, 30 il ərzində əvvəlki hakimiyyət bu sütunları dağıdıb və bunları müstəqillik bəyannaməsində qeyd olunan müddəalardan ayırıb”.


Oxunub: 234

Son xəbərlər

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO

Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri aranı qatdı: "O, nə kəndin ərazisini tanıyır, nə də..."

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

ABŞ Rusiyanın ən böyük bankları ilə enerji sektorunda hesablaşmalara izn verdi

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

"Ukrayna qalib gəldikdən sonra NATO-ya üzv olacaq" - Zelenski

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Məhkəmə Elnarə Qasımova barədə qərar verdi

Azərbaycanlı model koreyalı bəylə ailə qurdu

Osman Kazımov üçün mübarizə bitdi

Bu polis şöbəsinə rəis TƏYİN EDİLDİ

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

Fransa səfiri Azərbaycana qayıtdı

Güclü külək əsəcək, temperatur 4-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

Laçında itkin düşən əsgərlərin axtarışı ilə bağlı AÇIQLAMA

Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

Afət Əkbərovaya vəzifə verildi

Polislər axtarış apardıqları evdə öldürüldülər

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Bütün xəbərlər