Şəkərli diabetin yaranmasının səbəbi nədir? - Nazilrik açıqladı

“Uşaqlıq və yeniyetməlik dövründə daha çox şəkərli diabet tip 1 rast gəlinir. Bu tip şəkərli diabet poligen multifaktorlu xəstəlikdir. Əsasında insulinin mütləq çatışmazlığına gətirib çıxaran mədəaltı vəzin β-hüceyrələrinin immunasıllı və ya idiopatik destruksiyası durur”.

"DogruXeber.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova bildirib. Onun sözlərinə görə, uşaq yaşlarında tip 2 şəkərli diabetə də rast gəlinir. Onun rastgəlmə tezliyi bu yaş dövründə əlbəttə ki, tip 1 şəkərli diabetə nisbətən az olur. Şəkərli diabet tip 2 əsasən insulinə rezistentlik və nisbi insulin çatmazlığı ilə yaranan karbohidrat mübadiləsinin pozulmasıdır:

“Xəstəliyin hər iki tipinin yaranmasında irsi meylliliyin böyük rolu var. Tip 1 şəkərli diabeti yaradan patoloji genlər 6-cı xromosomun qısa çiynində yerləşir. Tip 2 şəkərli diabetə meylliliyi yaradan genlər 11-ci xromosomla bağlıdır. Əlbəttə, xəstəliyin başlanması üçün hər halda müxtəlif faktorlar lazımdır. Onlar təkan rolunu oynayır. Şəkərli diabet tip 1 üçün təkanverici faktor kimi virus infeksiyaları durur. Bu müxtəlif viruslar ola bilər. Şəkərli diabet tip 2 üçün təkanverici faktor kimi artıq çəki, piylənmə, stres və s.

Xəstəliyin hər iki tipinin əlamətləri eyni ola bilər: ağızda quruluq, susuzluq, tez-tez sidiyə getmə, ümumi zəiflik, yorğunluq. Tip 1 şəkərli diabet zamanı əlavə olaraq arıqlama, aclıq hissi, əsəbilik, yuxusuzluq ola bilər. Tip 2 şəkərli diabet zamanı əlavə kökəlmə, piylənmə, gün ərzində bir neçə dəfə səbəbsiz güclü aclıq hissi ola bilər. Tip 1 şəkərli diabet diaqnozu gec qoyulanda (həkimə müraciət gecikəndə) xəstələrdə ketoasidotik vəziyyət və ketoasidotik koma yarana bilər. Ketoasidotik vəziyyət zamanı bütün deyilən şikayətlər kəskinləşir və əlavə olaraq ürəkbulanma, qusma, qarın nahiyəsində kəskin ağrılar, nəfəsdən aseton iyi gəlir, ağır formalarda huşun itməsi olur. Müalicə gecikdiyi halda tip 2 şəkərli diabetdən əziyyət çəkənlərdə piylənmə dərəcəsi arta bilər.

Şəkərli diabetdən əziyyət çəkən uşaqlara tez həll olunan karbohidratları (şəkər tozu tərkibli məhsullar) qida rasionundan çıxarmaları tövsiyə olunur. Eyni zamanda, gec həll olunan karbohidratların, yağların və zülalların nisbəti gün ərzində düzgün tənzimlənməlidir. Meyvə payını sutkada bir neçə yerə bölməli və onları əsasən yeməkdən sonra qəbul etməlidirlər”.

Ekspert deyib ki, şəkərli diabetdən əziyyət çəkən uşaqlar demək olar ki, bütün idman növləri ilə məşğul ola bilərlər:

“Əlbəttə, uşağın ümumi fiziki vəziyyətindən çox şey asılıdır. Yeni diaqnoz qoyulmuş şəkərli diabet və xəstəliyin heç bir ağırlaşması olmayan uşaqlar ümumi qayda ilə idmanla məşğul ola bilərlər. 1-ci tip şəkərli diabeti olan uşaqlar insulin müalicəsində olduqlarına görə mütləq təlimləndirilməlidirlər ki, məşqlərdən əvvəl insulin dozalarını azaltmaq və yaxud idmana getməmişdən əvvəl qidalanmalıdırlar. Fiziki yüklənmə zamanı qanda şəkərlər tez düşür və bu onlarda hipoqlikemik vəziyyət yarada bilər. Həmin vəziyyət tip 2 şəkərli diabet pasiyentlərində də yarana bilər. Ona görə idman dərsindən əvvəl qida qəbulu olmalıdır. Əlavə olaraq özləri ilə mütləq kiçik porsiya qida aparmalıdırlar, məşqdən sonra qəbul etmə zəruriyyəti yarana bilər.

Tip 1 və tip 2 şəkərli diabetin ağırlaşmalarının (diabetik retinopatiya, diabetik nefropatiya, diabetik neyropatiya, diabetik pəncə və s) 2-ci, 3-cü mərhələləri zamanı artıq idmanla məşğul olmaq xüsusi qruplarda icazə verilir. Elə mərhələlər ola bilər ki, idmanla məşğul olmaq qadağan edilir. Bütün bunlara baxmayaraq, müəyyən dövrlərdə və xəstələrin individual olaraq vəziyyətlərindən asılı olaraq idmanla məşğul olmaq icazə verilir. Tip 1 şəkərli diabet xəstələri arasında Olimpiya oyunlarının qalibləri da var”.


Oxunub: 221

Son xəbərlər

Fahişəxana təşkil edən keçmiş icra başçısı SAXLANILDI

Bakı təhsilinin yeni rəhbəri kim olacaq? — “Artıq qeyd etməyə başlayıb…”

Şikəst adamı əsgər apardılar, sənəd vermədilər — ŞİKAYƏT (FOTO)

Məmmədyarov və Rəcəbov dünya reytinqində gerilədi

Sahil Babayevin AİLƏ PODRATI... - BU DA FAKT!!!

Prezident Bərzani ilə də görüşdü

Əgər qarşısı alınmasa...

Laçın işğaldan əvvəl, qələbədən sonra — VİDEO

TƏBİB: Bu şəxslərə qızılca əleyhinə peyvənd vurula bilməz

Lavrov Borrell və Blinkeni qorxaq adlandırdı

İsrail HƏMAS-ı məhv etmək üçün uzunmüddətli plan hazırlayır: yaraqlıları Türkiyədə öldürəcəklər

Məhkəmə "Abzas Media"nın daha bir əməkdaşı barəsində həbs qərarı verdi

Prezident Lukaşenko ilə görüşdü

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...

Zeynəb Xanlarovanın nəvəsinə Milli Məclisdə vəzifə verildi

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı - Nə baş verib?

DYP-dən maşınların şüşələrinə yazı yazanlara XƏBƏRDARLIQ

DİN-dən odlu silahlarla bağlı ÇAĞIRIŞ

Milli Məclisin xərcləri artırılır

Şənbə günü hava necə olacaq?

Bu gün ulduzlar nə deyir?

Yeni rayonun yaradılmasına görə büdcəyə dəyişiklik edilir

Suraxanıda bıçaqlanma

“Brent” nefti ucuzlaşdı

İİV-ə yoluxmamaq üçün hansı tədbirləri görmək lazımdır? - Həkimdən AÇIQLAMA

Ukrayna ordusu hücumdan müdafiəyə keçdi

İlham Əliyev Dünya İqlim Fəaliyyəti Sammitində

Xaricdə ali təhsil alanlar üçün peşə tanınması imtahanı keçiriləcək

AZAL Bakıdan Praqaya olan uçuşlara ENDİRİM ETDİ

Bütün xəbərlər