Azərbaycan-NATO əməkdaşlığı müzakirə edildi

Noyabrın 21-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdal ilə görüşüb, azad edilmiş ərazilərdə görülən işlər barədə məlumatlandırıb.

Bu barədə "DogruXeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Qonağı salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan ilə NATO arasında əlaqələrin inkişaf etdiyini, habelə Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Ordusunun Baş Qərargah rəisi azad edilmiş ərazilərdə postmüharibə dövründə görülən işlər barədə danışıb.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən kontr-admiral Q.Brusdal, Azərbaycanın Şimali Atlantika Alyansının etibarlı tərəfdaşı olduğunu xüsusi vurğulayıb, ölkəmizin terrorizmə qarşı mübarizədə fəal iştirakını, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO qərargahlarındakı fəaliyyətlərini, habelə beynəlxalq sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan-NATO əməkdaşlığı müzakirə edildi


Oxunub: 147

Son xəbərlər

Fazil Mustafanın SON DURUMU

Bu istiqamətlər üzrə onlayn bilet almaq mümkün oldu

İran casus şəbəkəsinə qarşı daha bir əməliyyat - "Ustad ruhani" saxlanıldı

Lavrov Qarabağ məsələsini müzakirə etmək üçün aprelin 6-7-də Türkiyəyə səfər edəcək

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

Avstriyada müxalifət Zelenskinin çıxışı zamanı parlamenti tərk etdi

Misir Xeops piramidasını turistlər üçün bağlayır

ABŞ İrana təzminat ödəyəcək

Türkiyədə əyani tədrisə keçid edilir

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir səlahiyyətini itirdi

Yeni tikilən evlər necə qazlaşdırılır? - VİDEO

Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı

“İcazə” blanklarının dövlət sərhədində kvotadan kənar verilməsi ləğv edilib

Günəşdə yeni X sinifli partlayış baş verdi: Yerdə hansı problemlərə səbəb oldu?

Yeni Agentliyin fəaliyyət istiqamətləri məlum oldu

Toyota rekord sayda avtomobil satıb

70 milyon illik nadir skelet rekord qiymətə satılacaq

London dünyanın əsas maliyyə mərkəzi kimi yeganə lider olmaqdan çıxdı

ABŞ Azərbaycan hakimiyyətini yenidən siyasi məhbusları azad etməyə çağırır

Peskov: Putinin Akkuyu AES-də Türkiyəyə səfəri ilə bağlı dəqiq qərar yoxdur

Zelenski Baxmut uğrunda mübarizənin vacibliyini vurğulayıb

Ticarət katibinin köməkçisi Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyəyə səfər edəcək

Nashville atışmasından sonra "düşüncələr və dualar" kifayət deyil

Blinken İran və Əfqanıstanda qadınların əzmkarlığından danışıb

İran-Səudiyyə razılaşmasına nüvə proqramı, Yəmən üzrə razılaşma daxildir

TPP Britaniyanın üzvlüyünə razılaşmağa yaxın, 1-ci genişlənmə

Qazaxıstanlılar ən çox nədən ölürlər

Myanma xuntası devrilmiş lider Suu Kyinin partiyasını ləğv edib

Nazirlər Kabinetində yeni adlar vəzifəyə gələcək

Çin və ABŞ Ukrayna müharibəsinə son verə bilərmi?

Bütün xəbərlər