Vüsal Kərimli dövlətin milyonların kimə yedirdir... - qalmaqalı şirkət və məhkəmə işi

DogruXeber.az: - Bakıdakı dayanacaq pavilyonlarındakı çatışmazlıqların aradan qaldırılacağı, bəzi dayanacaqların sökülməsi və yenilərinin alınıb quraşdırılması planlaşdırılır.Bakı Nəqliyyat Agentliyi balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması; mövcud bəzi dayanacaqların sökülməsi və quraşdırılması işlərinin satın alınması; habelə, yeni dayanacaq pavilyonlarının satın alınması və quraşdırılması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Bununla bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumata görə tenderin qalibi “SM Construction Supplies” MMC-dir. Bakı Nəqliyyat Agentliyi qalib şirkət ilə məbləği 2 milyon 340 min 394 manat olan müqavilə imzalayıb. 2018-ci ildə dövlət qeydiyyatına alınmış və 88,5 min manat nizamnamə kapitalı olan “SM Construction Supplies” MMC-nin qanuni təmsilçisi Ehtiram Heydərlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “SM Construction Supplies” MMC 20 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, ev 70, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Heydərli Ehtiram Etibar oğludur.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı MMC-ilə bağlı yalnız Koronavirusla Mübarizə Fonduna 500 AZN köçürməsi barədə məlumata rast gəldik. Şirkətin qanuni təmsilçisi Ehtiram Heydərliyə gəlincə, onun adı iki məhkəmə çəkişməsində keçir. Bunlardan biri Novruzov Azad Pərviz oğlunun avtomobilin geri alınması, digəri isə “Bank Standart”ın kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi əsasında baş tutan məhkəmə işidir. Ehtiram Heydərli hər iki işdə cavabdeh qismində çıxış edir. Birinci işdə iddia təmin edilsə də, ikincidə baxılmamış saxlanılıb. //cumhuriyyet.az//


Oxunub: 305

Son xəbərlər

Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM

KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ... ŞOK FAKTLAR!!! BÜTÜN DETALLARI İLƏ - VİDEO

Polis Sumqayıtda əməliyyat keçirdi - Saxlanılanlar var

"Kərimə" dövləti qurmaq istəyən 13 nəfərə ağır cəza

Ukraynadakı çevrilişin təşkilatçısı məlum oldu

Süni intellektlə danışarkən bu sözləri DEMƏYİN – XƏBƏRDARLIQ

Vergi borcu 80 mini ötən şirkət kimindir?

SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır

“Bakılı Qız” dondurmasında görün nə çıxdı- Video

72 yaşlı icra başçısı olan Rafil Hüseynov…..

Prezident Şahin Mustafayevi təltif etdi

Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu

Ermənilərin “JF-17 Thunder” qorxusu

Bu şəxslərə şad xəbər – Dövlət yeni ev tikəcək!

“İrşad” gömrük qaydalarını pozur

Sənədsiz evlər Milli Məclisdə müzakirə olundu

Sabah 37° isti olacaq

Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?

Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi

İlham Əliyev Filippin Prezidentini təbrik etdi

İran İsrailə cavab tədbirləri planı hazırlayıb

İlham Əliyev Putini təbrik etdi

Bu şəxslərə dodaq dolğusu olmaz

Nazirliyin tabeliyində olan qurum 78 min manata “Toyota Camry” alır

Əhalinin DİQQƏTİNƏ: 960 MANAT VERİLƏCƏK

Qonşu ölkə azyaşlılara enerji içkisi satışını yasaqladı – bəs Azərbaycan?

“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto

Ermənistan tezliklə Azərbaycana 180 km² ərazi verəcək

Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə

Günəşin cənub qütbü ilk dəfə görüntüləndi

Bütün xəbərlər