Muxtar Babayev əkin-biçinə girişib...

DogruXeber.az: - Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət etdiyi 100 hektara yaxın meşə ərazisində taxıl və başqa dənli bitkilər əkilib. Həmçinin, minlərlə hektar meşə ərazisi mal-qaranın örüşünə çevrilib.

AzToday.az-ın araşdırmaları zamanı məlum olub ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin səlahiyyətli şəxsləri bu prosesdən maddi maraqlarını təmin etmək üçün yararlanırlar.

İxtisasca iqtisadçı olan direktor Nəsimi Nəsibov və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəhbər şəxsləri tək dövlət meşə fondu torpaqlarını ev yeri kimi yox, həm də onları ayrı-ayrı vətəndaşlara örüş və kənd təsərrüfatı məqsədi ilə verib.

"DogruXeber.az" AzToday.az-a istinadən xəbər verir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 18 saylı dolayının 46 və 66-cı kvartallarında 15.00 hektardan çox yer kənd təsərrüfatı bitkilərin əkmək üçün satılıb və hazırda həmin ərazilər əkilib. Halbuki dövlət meşə fondunda kənd təsərrüfatı bitkilərini əkmək qəti qadağandır, ən əsas da zəmi. Çünki zəmi bitkilərinin yanğına məruz qalma riski çox olduğu üçün meşə ərazisi üçün ciddi təhlükə yaradır.
Ərazinin koordinatları:
X-288950, Y-4326450

Göytəpə meşəbəyliyinin 12 saylı dolayın 13-cü kvartalının birinci bölməsində də dövlət meşə fondu torpaqları kənd təsərrüfatı məqsədi ilə istifadə olunur.

Cəlilabad meşəbəyliyinin 8 saylı dolayının 47-ci kvartalının 1, 4 və 5-ci bölmələrində dövlət meşə fondu ərazilərinin bir hissəsi əkilib.

Həmçinin, Göytəpə meşəbəyliyinin 16 saylı dolayının 42-ci kvartalının 1-ci bölməsində kənd təsərrüfatı bitkiləri əkilib.
Ərazinin koordinatları:
X-286619, Y-4328312


Oxunub: 307

Son xəbərlər

Daha 2 məktəb direktoru cəzalandırıldı

Yeni Günəşlidə yolu kim dağıdıb – “Parla Residence”, yoxsa “Golden Rose”?/FOTOLAR

Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlandı

İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..

Nigar Rəhimova qazini polisə verdi -SƏBƏB

Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO

Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?

Avstriyanın Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı münasibətilə təbrik edib

Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Bu cərimələr 10 gün ərzində ödənilərsə, güzəşt tətbiq ediləcək

İntiqam Babayevin yerinə yeni TƏYİNAT

DGK-nın “Azərterminalkompleks” Birliyinin 66 minlik tenderi baş tutmadı

“Worker” MMC-nin rəhbəri İlknur Abbasov xaricdə işə düzəltmə ilə vətəndaşları aldadır?

İcra başçıları nə qədər maaş alır? - SİYAHI

Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra

Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?

Azərbaycanda bu ödənişlər 10 dəfəyədək artırılır

Məhkəmə Ermənistana casusluqda ittiham olunan şəxsə ağır cəza verdi

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik

Bu şəxslər məsuliyyətə cəlb olunmayacaq

Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları -İstehlakçılar necə aldadılır?

“Azərbaycanda Yeni Kəbə inşa edilsin” - Deputat

Bu 3 içki Alzheimer riskini artırır

İrandan gələn bu ərzaq məhsulları bahalaşacaq

Azərbaycanla Türkmənistan arasında dəhliz: Nazir açıqladı

Bu yol bağlıdır - Sürücülərin nəzərinə!

Azərbaycanda valyuta əməliyyatları ilə bağlı tələb dəyişdi

Kim daha çox məşq etməlidir: Qadınlar, yoxsa kişilər?

İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarına müraciət etdi

Ən təhlükəli vulkan püskürə bilər - Turistlərə xəbərdarlıq

Bütün xəbərlər