Vüqar Qurbanova yeni müavinlər təyin edildi

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının növbəti iclası keçirilib.

"DogruXeber.az" xəbər verir ki, iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti sədri, TƏBİB-in Müşahidə Şurasının sədri Zaur Əliyev, Müşahidə Şurasının üzvləri - Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Səhiyyə nazirinin müavini İlqar Qasımov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov iştirak edib.

İclasın gündəliyinə tibb müəssisələrinin nizamnamələrinə dəyişiklik edilməsi, TƏBİB-in İcraçı direktorunun müavinlərinin təsdiq olunması və s. məsələlər daxil edilib.

İclasda Anar İsrafilov və Araz Nəsirov TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavinləri təyin edilib.

İcraçı direktorun müavini Anar İsrafilov Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirir. Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib. 2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

İcraçı direktorun müavini Araz Nəsirov 1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində Maliyyə menecmenti ixtisası üzrə təhsil alıb. 2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı ixtisası üzrə, 2021-ci ildə Amerika Dyuk Universitetində Layihələrin idarəetməsi ixtisası üzrə təhsil alıb. 2008-ci ildə “Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti vəzifəsində işləyib. 2004-2009-cu illərdə Palmali Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb. 2014-2018-ci illərdə “Paşa Sığorta” ASC-nin risk meneceri kimi fəaliyyət göstərib. 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.


Oxunub: 219

Son xəbərlər

Yeni nazir Aparat rəhbərini işdən çıxardı - FOTO

300 dollarlıq gömrük limiti azaldılacaq? - Deputatdan AÇIQLAMA

Səfər Mehdiyevlə bağlı sensasiya: Külli miqdarda vəsaitlə... - ŞOK İDDİA

WP: İsrail və fələstinlilər Qəzzanın Fələstin administrasiyasına verilməsinə qarşıdır

Bu universitetin yataqxanası BƏRPA EDİLİR

MSK sədrinə yeni səlahiyyət verildi

Mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı dəyişikliklərin icrasına başlanıldı

Prezident memorandumu təsdiqlədi

Qızılcaya görə pandemiya təhlükəsi var? - Nazirdən cavab

Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə

2 əvvəl tikilən məktəb çökür: Şagirdlərin həyatı təhlükədədir? (AÇIQLAMA)

Prezidentdən 17 milyonluq SƏRƏNCAM

"Paşinyan bilirsə, beşinci kalonun kim olduğunu açıqlasın" - Xaçatryan

Sabah bəzi yerlərdə yağış yağacaq

23 ildən sonra İrana ilk rəsmi səfər

İstanbulda güclü zəlzələ OLDU

Prokurorluqdan 2 hərbçinin dəm qazından ölməsi ilə bağlı AÇIQLAMA

Xroniki yorğunluq sindromunun əsas əlamətləri

Vulkan püskürdü, alpinistlər yanaraq öldü - İtkin düşənlər var

Geomaqnit qasırğası gözlənilir

Şəhid ailələri və qazilərin icra başçısına qarşı "üsyan"ı - VİDEO

Bu yolla infarkt riskini azalda bilərsiniz

Bu avtomobilləri Azərbaycana gətirmək mümkün olmayacaq (VİDEO)

Nazir bu agentliyə yeni sədr təyin etdi (FOTO)

Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək (VİDEO)

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Bu günə olan valyuta məzənnələri

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi olacaq

"Azərbaycanın ən parlaq ulduzu" mükafatını onlar ALDI

Bu kadrlar Ermənistanı təşvişə salacaq - VİDEO

Bütün xəbərlər