"Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müzakirələr davam edəcək" - Ermənistan XİN

"Ermənistan-Türkiyə sərhədinin açılması məqsədi ilə texniki məsələlərin müzakirəsi davam etdiriləcək".

"DogruXeber.az" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan iki ölkə nümayəndə heyətlərinin son görüşünün nəticəsini cavablandırarkən deyib. Lakin o, növbəti görüşün harada və hansı formatda keçiriləcəyini dəqiqləşdirməyib.

“Sazişlərin icrası ilə bağlı texniki məsələlər müzakirə olunub. Müzakirələr davam etdiriləcək”, - Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan bildirib.

Ermənistan-Türkiyə texniki nümayəndə heyətləri bu ayın əvvəlində görüşüblər. Dünən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, iki ölkə nümayəndələri sərhədin hər iki tərəfində olub, hətta Ermənistan ərazisində nahar ediblər. “Sərhədlərin açılması, körpülərin təmiri, sərhəd nəzarəti, keçid məntəqələri ilə bağlı məsələlər müzakirə olunub. Bu mənada deyə bilərik ki, bu prosesdə müsbət dönüş var”.

Nə rəsmi Ankara, nə də İrəvan ayrı mesajda iki ölkə nümayəndələrinin hansı sərhəddə görüşdüyünü bildirməyiblər. Bundan əvvəl İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan görüşün noyabrın 1-də baş tutduğunu bildirmişdi. Rubinyan da bunu müsbət qiymətləndirib.

2020-ci ildə 44 günlük müharibədən sonra İrəvan və Ankara arasında yeni nizamlanma prosesi başlayıb. İndiyə qədər əldə edilən ən böyük nailiyyət hava nəqliyyatının bərpası və sərhədin üçüncü ölkə vətəndaşlarına açılması və hava səyahətinə başlanması ilə bağlı razılaşma olsa da, bu sazişin həyata keçirilməsi şərtləri hələ müəyyən edilməyib.


Oxunub: 128

Son xəbərlər

"Salonda xadimə üzümə gel vurdu" - Mətanət Əsədova

At əti satanlar yaxalandı - FOTO

İlin ən gözəl birinci xanımı ? - Hansı özəlliyinə görə?

Qəlbimin ruhuma sui-qəsdi - Hekayə

“Azərişıq” ASC obyektlərdə və evlərdə elektrik enerjisinin talanması hallarını aşkarlayıb

Göy soğan bu xəstələrə ziyandır - DİQQƏT

Orxan Əsgərli onun oğlu imiş - FOTO

Yəhudilər ermənilərə qarşı... - VİDEO

Milli mədəniyyətimizə verdiyimiz dəyər daxili mədəniyyətimizin isbatıdır.

Şəxsiyyət olaraq həyatda qayğıkeş və insanı keyfiyyətləri özündə cəm edən Polkovnik-leytenant Mayıl Məmmədov

Mixəyin tərkibi və faydaları

Bu şəxslər 12 min manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sabaha olan hava proqnozu AÇIQLANDI

Azərbaycan-Misir sənədləri imzalandı

Sumqayıtın bitməyən dərdi - "Şikayətimizi kimə deyək?" // VİDEO

Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır

78 müharibə iştirakçısı etiraza qalxdı - VİDEO

Azərbaycanda 48 mindən çox uşaqda xəstəlik aşkarlanıb - RƏSMİ

Bölmələrimiz döyüş hazırlığı üzrə məşğələlər keçir - VİDEO

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub

İspaniya yazda Ukraynaya Leopard tankları göndərəcək

Neft ucuzlaşdı

Donald Gerye Bakıdadır

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - Yeniləndi

Xırdalanda su kəsiləcək

Azadlıq Partiyasının səfirliyə hücumla bağlı bəyanatı

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

Dolların məzənnəsi sabit qaldı

Bütün xəbərlər