gundem / Cəmiyyət
5.12.2022, 14:45
Vilayət Eyvazov bu polis bölməsinə rəis TƏYİN ETDİ
Daxili işlər orqanlarında yeni təyinat olub.
"DogruXeber.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Samir Çobanov Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, o, bu təyinatadək həmin bölmənin rəis müavini olub.