"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verilib.

Bu barədə "DogruXeber.az"a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunda yenidən baxılmış və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılmışdır.

Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır.

Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmış və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilmiş və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılmışlar.

Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə istintaq davam etdirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Oxunub: 170

Son xəbərlər

Salyanda evə basqın edən şəxs saxlanıldı

"Səfirliyimizə qarşı terror aktında yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb" - XİN

"Salonda xadimə üzümə gel vurdu" - Mətanət Əsədova

At əti satanlar yaxalandı - FOTO

İlin ən gözəl birinci xanımı ? - Hansı özəlliyinə görə?

Qəlbimin ruhuma sui-qəsdi - Hekayə

“Azərişıq” ASC obyektlərdə və evlərdə elektrik enerjisinin talanması hallarını aşkarlayıb

Göy soğan bu xəstələrə ziyandır - DİQQƏT

Orxan Əsgərli onun oğlu imiş - FOTO

Yəhudilər ermənilərə qarşı... - VİDEO

Milli mədəniyyətimizə verdiyimiz dəyər daxili mədəniyyətimizin isbatıdır.

Şəxsiyyət olaraq həyatda qayğıkeş və insanı keyfiyyətləri özündə cəm edən Polkovnik-leytenant Mayıl Məmmədov

Mixəyin tərkibi və faydaları

Bu şəxslər 12 min manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sabaha olan hava proqnozu AÇIQLANDI

Azərbaycan-Misir sənədləri imzalandı

Sumqayıtın bitməyən dərdi - "Şikayətimizi kimə deyək?" // VİDEO

Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır

78 müharibə iştirakçısı etiraza qalxdı - VİDEO

Azərbaycanda 48 mindən çox uşaqda xəstəlik aşkarlanıb - RƏSMİ

Bölmələrimiz döyüş hazırlığı üzrə məşğələlər keçir - VİDEO

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub

İspaniya yazda Ukraynaya Leopard tankları göndərəcək

Neft ucuzlaşdı

Donald Gerye Bakıdadır

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - Yeniləndi

Xırdalanda su kəsiləcək

Azadlıq Partiyasının səfirliyə hücumla bağlı bəyanatı

Bütün xəbərlər