Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

"Problem ondan ibarətdir ki, ölkəmizdə maaş, təqaüd və sosial müavinətlər çox aşağıdır".

Bunu "DogruXeber.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bunların kəskin artırılması qərarı verilsə, digər sahələrdə struktur, sistemli yanaşma olaraq dəyişikliklər olmasa, artım inflyasiyanı sürətləndirən amilə çevrilər:

"Yəni, pul kütləsi artır, təkliflər isə yerində qalır. Bazarın təkliflər həcmi artmır, nəticədə inflyasiya sürətlənir. Ona görə də qiymət artımı və onun əhaliyə vurduğu ziyanın konpensasiya olunması ilə mübarizədə maaş, pensiya və sosial müavinətlərin artırılması yetərli deyil. Bunun üçün başqa qərarlar da verilməlidir. Gələn il təqaüdlərin 15 faiz indeksləşməsi nəzərdə tutulur. Çox güman ki, büdcədən maaş alanların aylıq ödənişlərindən də 15 faizlik indeksləşmə olacaq. Bu, yetərli deyil. Azərbaycanda ərzaq inflyasiyası 22 faizdən yuxarıdır. Bu onu göstərir ki, insanların real gəlirlərində ciddi artım olmayacaq".

İqtisadçı qeyd edib ki, maaş və pensiyaların artımı ilə yanaşı paralel addımların atılmasına ehtiyac var:

"Məsələn, elektrik enerjisinə və təbii qaza tətbiq olunan limitlər ləğv edilməlidir ki, insanların güzəranına müsbət təsir göstərsin. Həmçinin, vergi və gömrük rüsumları azaldılmalıdır. Bunu bir neçə dəfə qeyd etmişik ki, ərzaq məhsullarındakı əlavə dəyər vergisi (ƏDV) 18 faizdən 2 faizə endirilməlidir. Dərman preparatlarında və ərzaq məhsullarında gömrük rüsumları sıfırlanmalıdır. Gələn il dünyada baş verən prosesləri nəzərə alsaq, gömrük rüsumları sıfırlana bilər. Bu əsasən dərmanlarda çox vacibdir. Belə ki, dərmanların 96 faizi xaricdən gətirilir. Xaricdən idxal edilən istənilən dərmanın üzərinə 15 faiz gömrük rüsumu gələndə bu, qiymətləri artıran amilə çevrilir. Ölkə daxilində istehsal yoxdursa, bu qədər yüksək gömrük rüsumlarının olması məntiqsizlikdir. Bu dediklərim olarsa, maaş və pensiyaların 15 faiz artımı gələn il üçün əhalinin real dolanışığına müsbət təsir göstərə bilər".


Oxunub: 222

Son xəbərlər

"Salonda xadimə üzümə gel vurdu" - Mətanət Əsədova

At əti satanlar yaxalandı - FOTO

İlin ən gözəl birinci xanımı ? - Hansı özəlliyinə görə?

Qəlbimin ruhuma sui-qəsdi - Hekayə

“Azərişıq” ASC obyektlərdə və evlərdə elektrik enerjisinin talanması hallarını aşkarlayıb

Göy soğan bu xəstələrə ziyandır - DİQQƏT

Orxan Əsgərli onun oğlu imiş - FOTO

Yəhudilər ermənilərə qarşı... - VİDEO

Milli mədəniyyətimizə verdiyimiz dəyər daxili mədəniyyətimizin isbatıdır.

Şəxsiyyət olaraq həyatda qayğıkeş və insanı keyfiyyətləri özündə cəm edən Polkovnik-leytenant Mayıl Məmmədov

Mixəyin tərkibi və faydaları

Bu şəxslər 12 min manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sabaha olan hava proqnozu AÇIQLANDI

Azərbaycan-Misir sənədləri imzalandı

Sumqayıtın bitməyən dərdi - "Şikayətimizi kimə deyək?" // VİDEO

Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır

78 müharibə iştirakçısı etiraza qalxdı - VİDEO

Azərbaycanda 48 mindən çox uşaqda xəstəlik aşkarlanıb - RƏSMİ

Bölmələrimiz döyüş hazırlığı üzrə məşğələlər keçir - VİDEO

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub

İspaniya yazda Ukraynaya Leopard tankları göndərəcək

Neft ucuzlaşdı

Donald Gerye Bakıdadır

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - Yeniləndi

Xırdalanda su kəsiləcək

Azadlıq Partiyasının səfirliyə hücumla bağlı bəyanatı

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

Dolların məzənnəsi sabit qaldı

Bütün xəbərlər