Qazax sakini  canlı yayımda  Mərkəzi Xəstəxananın "PUL YEMƏK YOLLARI"nı açıqladı  - VİDEO

Naxçıvan Muxtar Respublikası:
Əhalisi - 461.530 nəfər (2021)
Sahəsi - 5 502.75[1] km²

Qazax rayonu:
Əhalisi -103 994[3] nəfər
Sahəsi - 699[1][2] km²

DogruXeber.az: - Gördüyünüz kimi istər ərazisinə görə, istərsə də əhalisinin sayına görə "yer-göy qədər" fərq var.
Lakin, son günlər DTX-nin Naxçıvanda apardığı əməliyyatları alqışlayan Qazax sakinləri Qazax rayonunda da belə əməliyyatların aparılmasını istəyirlər. Çünki, onların sözlərinə görə eyni problemlər - yəni, İcra başçısının özünü "padşah" kimi, rayonun "yeganə sahibi" kimi aparması, icra başçısına yaxın olan məmurların özbaşınalığı, həmçinin, rayondakı kiçik-böyük - bütün səlahiyyət sahibləri ilə bərabər təhsil və səhiyyə sahəsində də cərəyan edən edən saymazlıq, korrupsiya və yeyintilərin eynisi Qazax rayonunda da cərəyan edir.

Hətta, bu iddialarla dəfələrlə fərqli şəxslər "DogruXeber.az"a müraciət edib, "Kanal14" YouTube kanalında, "Kamalın zamanı" proqramında canlı yayımda çıxışlar ediblər. Üstəlik canlı yayımın şərh bölməsində də müxtəlif şəxslər, rayonda baş verənləri danışan şəxslərə dəstək olaraq, əlavə şok üstünə, şok məlumatlar qeyd ediblər.

Ötən yayımlarımızda sakinlərin "DogruXeber az"a danışdıqları - rayon İcra başçısı Rəcəb Babaşovun saymazlığı, başçının müavini Gülayə Həsənovanın, icra nümayəndəsi Akif Vəliyevin, Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Sərxan, Gülayə Həsənovanın qardaşı Şahin, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda xanım və digər səlahiyyət sahibləri barəsində məlumatlar vermişdik.

"Baş həkim Sevda xanım" demişkən, Qazax sakinləri rayon xəstəxanasında yoxlamalar aparılmasını istəyirlər. Onların sözlərinə görə "rayon Mərkəzi Xəstəxanasında külli miqdarda yeyintilər var.

Xəstəxanaya gələn şəxslər kağız üzərində Tibbi sığorta ilə qəbul edilir, lakin realda hər kəsdən prosedura görə fərqli qiymət deyilir və ödəniş tələb olunur.

Xəstəxana binası yeni tikilmiş, müasir tipli, gözəl bir bina olsa da, içərisində su tez-tez kəsilir, istilik yoxdur. USM müayinəsi, rentgen, həkim baxışı və digər prosedurların da hamısının öz qiyməti. Sağlamlıq haqqında arayışlar desən, əli cibində olan hər kəsə satılıq.

Bütün bunlar azmış kimi xəstəxananın həyətindəki istifadəyə yararsız, aylardır (bəlkə də illərdir) çalışmayan təcili yardım avtomobillərinə hər gün yanacaq yazılıb, pul silinir. Allahın verdiyi hər gün də Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin 70 yaşlı baş direktoru Sevda xanım Məmmədova yerində tapılmır. Elə hey icra hakimiyyətinə gedir."



P.S: Yeri gəlmişkən, qeyd edək ki, qarşı tərəf olaraq, mövqeyini dinləmək məqsədilə Sevda xanıma zəng etdik. Sevda xanım işdə olmadığını bildirdi və səhər zəng etməyi xahiş etdi. Ertəsi gün yenidən Sevda xanıma zəng etdik. Bu dəfə də xanım işdə olmadığını, bir saat sonra özü əlaqə saxlayıb, araşdırmaq üçün saxta sağlamlıq haqqında arayışlar verilən şəxslərin adlarını istəyəcəyini dedi.
Lakin, artıq bir həftə vaxt keçib, Sevda xanımdan isə hələ də heç bir xəbər yoxdur.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 1 231

Son xəbərlər

Ermənistan parlamentinin spikeri əməliyyat olunur

Avstriya - Azərbaycan oyununun hakimləri açıqlandı

Ucarın Şahlıq kəndinə qaz xətlərinin çəkilişi yekunlaşır

Bu gün Ərdoğanın prezidentliyə namizədliyi irəli sürüləcək

Putin yenidən Çin prezidenti ilə görüş keçirir

Ərdoğan İsrail prezidenti ilə telefonla danışdı

Əliyar Ağayev AVRO-2024-ün bu matçına təyinat aldı

Scholz Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırır

BMT-nin klimatoloqları “insanların sağ qalması üçün bələdçi” nəşr etdi

Donald Tramp həbs olunub?

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Yaponiyanın baş naziri gözlənilmədən Ukraynaya səfər edib

Yaponiya Təpəli İbisi Materikdə Vəhşi vəziyyətə qaytarmaq üçün Prosesə Başlayır

Çekirge dağı parçalanıb

Lukaşenko təhlükəsizlik qüvvələri tərəfindən terror aktları üçün nəzərdə tutulan partlayıcı maddələrin aşkar edildiyini açıqlayıb

Cankoy şəhərində partlayış Rusiyanın "Kalibr NK" qanadlı raketlərini məhv etdi: Şəhərdə fövqəladə rejim tətbiq edildi

İran XİN rəhbəri gələn həftə Moskvaya rəsmi səfər etməyi planlaşdırır

Azərbaycan nefti ucuzlaşdı

Yaponiyanın Baş naziri NWO başlayandan bəri ilk dəfə Ukraynaya səfər edəcək

Toivo Klaar Brüsseldə Çavuşoğlu ilə görüşüb

Macarıstan Aİ-nin Putinin həbsinə order verilməsi ilə bağlı birgə bəyanatının bloklandığını təsdiqləyib

Prezident Ərdoğandan mühüm açıqlamalar

Qızılın qiyməti qalxdı

AFAD Başqanı Sezar açıqladı

Alimlər pişiklərin mırıltının köməyi ilə insanları necə manipulyasiya etdiyini kəşf ediblər

IPCC iqlim böhranı hesabatı 1.5C-də son xəbərdarlıq verir

Dünyanın gözü Moskvadakı kritik zirvədə...- Ard-arda flaş bəyanatlar

VW-nin Rusiyadakı aktivləri dondurulub

Mühafizəçi: Dağ meşələrinin itmə nisbəti alp vəhşi təbiəti üçün təhlükə yaradır

Kosta-Rikada güclü zəlzələ oldu

Bütün xəbərlər