25 il axtarışda olan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Oğurluqda təqsirləndirilən və buna görə 25 il axtarışda olan Rizvan Həsənova hökm oxunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

DogruXeber.az” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, R.Həsənov 1997-ci ilin əvvəlindən başlayaraq, müxtəlif vaxtlarda Sahil qəsəbəsində yerləşən Qaradağ sement zavodunun ərazisinə daxil olaraq yük doldurma sexindən 5 dəfə, hər dəfə qiyməti 80 805 manat (indiki valyuta ilə 16 manat 16 qəpik) olan 250 kq, ümumi dəyəri 404 025 manat (indiki valyuta ilə 80 manat 81 qəpik) olan 1 250 kq sementi gizli yolla talayaraq özü ilə gətirdiyi kisələrə doldurub və hadisə yerində Qaradağ Rayon Polis İdarəsi Mühafizə şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Bu cinayət işinə Qaradağ rayon Xalq Məhkəməsində baxılarkən məhkəmə baxışı mərhələsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxs isə məhkəmədən qaçaraq gizlənib. Buna görə də, Həsənov Rizvan Cəfər oğlu barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilib.

Nəhayət R.Həsənov 9 noyabr 2022-ci il tarixdə Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilib.


Oxunub: 360

Son xəbərlər

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər