gundem / Cəmiyyət
2.01.2023, 14:30
Bu tarixdə güclü maqnit qasırğası gözlənilir — XƏBƏRDARLIQ
Bu il güclü maqnit qasırğasının olacağı tarix açıqlanıb.
"DogruXeber.az" xəbər verir ki, yanvarın 3-ü zəif maqnit qasırğası gözlənilir. Daha sonra yanvarın 4-də günəş aktivliyi bir qədər də artacaq. Güclü qasırğa isə yanvarın 7-də proqnozlaşdırılır.
Qeyd edək ki, maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Meteohəssas insanlar, yaşlılar və xroniki xəstəliklərin sahibləri onun təsirinə ən çox həssasdırlar.
Qasırğanın ən çox görülən əlamətləri bunlardır: baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq.
Belə günlərdə daha çox su içmək, həmçinin bitki çaylarından istifadə, siqaret, qəhvə, spirt və enerji içkilərindən imtina etmək, tez-tez açıq havada olmaq, az yağlı qidalar yemək, gündə azı 7 saat yatmaq tövsiyə edilir.