“İmişlinin Aranlı kənd məktəbində 3 sanitar qovşaq var” — Nazirlik

"DogruXeber.az" xəbər verir ki, İmişli rayonu Aranlı kənd orta məktəbində gündəmə gələn tualet problemi ilə bağlı Elm və Təhsil Nazirliyi Demokrat.az-ın sorğusunu cavablandırıb.

Belə ki, sorğuya cavabda adıçəkilən məktəbdə 3 sanitar qovsağın olduğu qeyd olunub:

"Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilir ki, İmişli rayonu Aranlı kənd tam orta məktəbində 3 sanitar qovşaq var. Məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq. Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq".

"Məlumat üçün bildirək ki, həmin məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib. Qeyd edək ki, 2022-ci il ərzində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan 11 ümumi təhsil müəssisəsinin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib. Həmçinin 13 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb. Eyni zamanda İmişli rayonu üzrə 5 məktəbin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib, 2 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb" - deyə nazirlikdən saytımıza bildirilib.

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Daha sonra problemi gündəmə gətirən Leyla müəllimə baş verən biabırçı duruma görə direktoru təqsirkar sayıb.


Oxunub: 473

Son xəbərlər

Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma

Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma

Prezidentdən Anar Quliyevlə bağlı SƏRƏNCAM

Mətin Eynullayevin aktivində DAHA BİR NÜANS... - ÇAY YATAĞI SATIŞA ÇIXARILDI

İnformasiyalar işarət dilinə tərcümə ediləcək - Televiziyalara yeni tələb

İlham Əliyevdən ADY ilə bağlı FƏRMAN

Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

6 nəfərlik dəstə ölkədən 254 milyon 409 min 947 manat “qara pulu” belə çıxarıb

Eldar Əzizovla Yasin Molanovu nə bağlayır?

Azərbaycanda bələdiyyələr xərclərinin yarıdan çoxunu əməkhaqqına sərf edib

“Tərtər işi”nə görə tutulanlarla bağlı qərar verildi

Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb - PREZİDENT

Hikmət Sabiroğlu ermənilərin MƏHKƏMƏSİNDƏ

Prezident İlham Əliyev Aİ-nin ali nümayəndəsi Kaya Kallası qəbul edib

"Medaura" klinikasından Nigar Məhəmmədova növbəti qurbanlarına çağırış etdi- Video

İranda nə baş verir?- Kəşfiyyat qurumları ayaqda

Daha bir tikinti şirkəti QALMAQALI… Nə qədər cərimələnəcək?

Pakistanda daha bir terror aktı törədildi - Ölənlər var

İcra başçısının sərvət artımı məhz bu yollardan keçir - VİDEO

İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində oldu

İyunda 13 gün iş olmayacaq

İş adamı satığı mağazalara görə müştəriyə kompensasiya ödəyəcək - 22 minlik məhsul geri qaytarılmır

60 həkim baş psixiatrdan nazirə şikayət etdi: "Aqressivlik edir..."

Stomatologiya sahəsində monitorinqlər aparılacaq

Kürdəmir İcra Hakimiyyətindən qəribə addım: Novruz şənliyi üçün apreldə tender keçirib

“Atlant işi”ndə dava düşdü

Kimlərin maaşı və neçə faiz artırılır?- DEPUTATDAN AÇIQLAMA

Azərbaycanda bu gündən hava pisləşir

DİN kibertalamalarla bağlı vətəndaşlara çağırış etdi

Qaradağda bələdiyyə sədrinin yalanı belə ifşa edildi - VİDEO

Bütün xəbərlər