gundem / dunya
9.01.2023, 10:00
İsrail Fələstin bayrağını qadağan etdi
İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir polisə Fələstin bayrağının ictimai yerlərdə nümayişini qadağan etmək göstərişi verdiyini açıqlayıb.
"DogruXeber.az" xəbər verir ki, nazir Ben-Qvir tvitter hesabında “Bu gün polisə Fələstin bayrağının və ya terror təşkilatı ilə eyniləşdirilən və ya İsrail dövlətinə qarşı təhrik edən hər hansı bayrağın dalğalanmasını qadağan etmək göstərişi verdim” deyib.
“Terrora və terrorun təhrikinə qarşı var gücümüzlə mübarizə aparacağıq” deyən ifrat sağçı Ben-Qvir, ictimai yerlərdə Fələstin bayraqlarının dalğalanmasını qadağan edib.
Ben-Qvirin 40 ilini İsrail həbsxanalarında keçirən fələstinli məhbus Kərim Yunusun yanvarın 5-də Hayfadakı Ara kəndində Fələstin bayraqlarının coşqu ilə qarşılanmasından sonra belə bir qərar verdiyi bildirilir.