Bələdiyyə sədrinin saxta əməlləri cəzasızmı qalacaq ? - VİDEO

Bir neçə gün əvvəl "DogruXeber.az" informasiya portalında Qazax rayon Ağköynək və Qarapapaq kəndlərinin bələdiyyə sədri Mansurova Nəzakət Bilal qızının korrupsioner fəaliyyəti barəsində məlumat yayımlamışdıq. Həmçinin, Ağköynək kənd sakini Murad Mustafayev "DogruXeber.az" informasiya agentliyinin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında, "Kamalın zamanı" proqramında canlı yayıma bağlanaraq, bələdiyyə sədri Nəzakət Mansurovanın ona 4.000 (dörd min) manat qarşılığında torpaq satmaq təklifi barəsində məlumat vermişdi.

Bələdiyyə sədri dövlət mülkiyyəti ilə özünə sərvət toplayır ? - VİDEO

Həm də bələdiyyə sədri olan ingilis dili müəllimi məktəbə saxta bülleten təqdim edir? - İDDİA

Xatırlatmaq üçün bildiririk ki, Murad Mustafayev Nəzakət Mansurovanın ona satdığı torpağın sonradan başqasına satıldığı, bələdiyyə sədrinin ona başqa yerlərdən torpaq təklifi etdiyi, həmçinin onların da baş tutmadığını da demişdi.
Həmçinin Murad Mustafayev Nəzakət Mansurovanın onun başına gətirdiyi bu hallara görə külli miqdarda maddi ziyana uğradığını və dəymiş ziyanın Nəzakət Mansurovanın ona geri ödəməsini tələb etdiyini bildirmişdir.



Murad Mustafayev 16.01.2023-cü il tarixində yenidən "Kanal14"ün efirində "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradaraq, hələ də Nəzakət Mansurova barəsində heç bir hüquqi tədbir görülmədiyindən gileyləndi.

Qeyd edək ki, Ağköynək kənd bələdiyyəsinin sədri Nəzakət Mansurova barəsində "DogruXeber.az" MMC olaraq, Qazax rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Daxili İşlər Nazirliyinə və Ədliyyə Nazirliyinə rəsmi müraciətlər ünvanlamışıq.

Güman edirik ki, adlarını qeyd etdiyimiz aidiyyatı qurumlar tezliklə bələdiyyə sədri Nəzakət Mansurovanın saxta əməlləri - bələdiyyə torpaqlarını özünün təyin etdiyi qiymətlə vətəndaşlara satması və digər fəaliyyətləri barəsində araşdırma aparılacaq və hüquqi tədbirlər görüləcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Elçin Həsənzadə


Oxunub: 672

Son xəbərlər

Ramin Dekonun həbs müddəti uzadıldı

Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır

Məmməd Alpayın da həbs edildiyi deyilir

Nurlan Librenin həbs müddəti uzadıldı

Azərbaycan nefti bahalaşıb

Bayram günlərində yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə enəcək - XƏBƏRDARLIQ

Tədris-Cərrahiyyə Klinikasından ŞİKAYƏT - Həkimlərin maaşları aylardır ödənilmir, aparatlar işləmir - RƏSMİ AÇIQLAMA

Baş prokururluq Endokrinoloji Mərkəzdə yoxlamalar aparır- Rəhbər və həkimlər barədə araşdırma başlandı

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi

Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

Xankəndidə ölən erməni qadının meyiti Ermənistana aparıla bilər

Sabah 30 dərəcə isti olacaq

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edib

Bu içkilər ağız xərçəngi yaradırmış

Bu iki bürc ciddi münasibətdən qaçır

Həkim erkən qırışların səbəblərini açıqladı

Rüstəm Xəlilov abadlıq işlərinə 1.5 milyon xərcləyəcək

Azərbaycanda 500 nəfər böyrək GÖZLƏYİR

Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Rəsmi Bakı Qırğızıstan və Tacikistan arasında sərhəd sazişini ALQIŞLADI

Prezident onları təltif etdi - SİYAHI

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib

Kurskda kritik vəziyyət: Ukrayna ordusunun bütün yolları bağlandı

FHN "Qafqaznet"ə yenə tender verdi - Bu dəfə 262 min manat...

Külli miqdarda vergi borcu var - Bir ildə iki yeni şirkət açıb

Avrokomissiya prezidenti Rusiya əleyhinə sanksiyaların uzadıldığını təsdiqlədi

Milyarderlərin axın etdiyi ölkə rekord qırdı: nə Qətər, nə Səudiyyə, nə də Amerikadır...

Güləşçimiz Avropa çempionu oldu

Sivilizasiyadan uzaq: Təmasdan qaçan son tayfalar haqqında nə bilinir?

Bütün xəbərlər