gundem / dunya / maraqli
23.01.2023, 16:28
Hind ilahəsinin seks köləsi kimi yaşayan qadınlar
"DogruXeber.az"ın xarici sayta isinadən əldə etdiyi məşllumata görə, uşaqlıqda hind tanrıçasına həsr olunmuş Huvakka Bhimappanın cinsi köləlik illəri əmisi onun bakirəliyini götürüb sari və bir az zinət əşyası qarşılığında zorladıqdan sonra başlayır.
Bhimappa "devadasi" olanda hələ 10 yaşında deyildi -- valideynləri tərəfindən bir hindu tanrısı ilə mürəkkəb toy mərasiminə məcbur edilən qızlar çoxu sonradan qanunsuz fahişəliyə məcbur edilir.
Devadasilərin dini sədaqətli bir həyat sürmələri, başqa insanlarla evlənmələri qadağan edilir və yetkinlik yaşına çatdıqda pul və ya hədiyyələr müqabilində bakirəliyini yaşlı kişiyə qurban verməyə məcbur edilirdi.
"Mənim vəziyyətimdə bu, anamın qardaşı idi" dedi, indi 40 yaşını keçmiş Bhimappa AFP-yə bildirib.
Bunun ardınca ilahəyə xidmət etmək adı ilə başqa kişilərlə görüşərək ailəsi üçün pul qazanır illərlə cinsi köləlik olurdu.
Bhimappa nəhayət köləliyindən xilas oldu, lakin heç bir təhsili olmadığı üçün tarlalarda zəhmət çəkərək, gündə bir dollara yaxın qazanır.
Hindu ilahəsi Yellammaya fədai olaraq, keçirdiyi vaxt da onu öz icmasının gözündən kənarlaşdırdı.
O, bir dəfə bir kişini sevmişdi, amma ondan evlənmək istəməsi ağlasığmaz olardı.
"Davadası olmasaydım, ailəm, övladlarım, bir az da pulum olardı. Yaxşı yaşayardım" dedi.
Devadasis əsrlər boyu Hindistanın cənub mədəniyyətinin ayrılmaz hissəsi olub və bir vaxtlar cəmiyyətdə hörmətli bir yerə sahib olub.
DogruXeber.az
Aynur Qasımova