Zelenskini yuxuda görməyə görə cərimə

DogruXeber.az: - Rusiyada Çita vilayətinin sakini Nelli Losevanı Odnoklassniki sosial şəbəkəsində Rusiya səfərbərlərinin Ukraynada həlak olması barədə posta “like” qoymasına görə 30 min rubl (435 dollar) cərimə ediblər.
AzadlıqRadiosu bildirir ki, Losevaya qarşı ordunun gözdən salınması ittihamı irəli sürülmüşdü.
Losevanın altında “like” qoyduğu fotolardan birinin şərhində “Rusiya səfərbərlərinin getdikcə daha çox sayda həlak olması, onların vətənə xidmət etməməsi, Rusiyanın qonşu ölkəyə basqın etməsi, adamların əbəs yerə ölməsi” barədə yazılmışdı.
Çita polisi Loseva barədə protokolu ötən dekabrda tərtib edib. Polis şöbəsində ona materialların şəklini çəkmək üçün icazə verməyiblər.
Polisdə Losevaya qarşı habelə “mənim səhifəmə baxanlar üçün: Putin – ***** (söyüş), Krım Ukraynadır, Rusiya Ukrayna ilə müharibə aparır” yazılmış postu bəyəndiyinə görə ittiham irəli sürülüb.
Çita rayon məhkəməsi bu işə fevralın 1-də baxacaq.
“Yuxuda görürəm ki, Zelenski…”
Ötən ilin dekabrında Çita məhkəməsi Nelli Losevanın oğlu İvan Losevi də 30 min rubl cərimə edib.
O da “Rusiya ordusunun gözdən salınmasında” ittiham olunurdu. İvan öz səhifəsində Ukrayna prezidenti Volodimir Zelenskini yuxuda görməsindən yazırdı:
“Bugün yuxuda gördüm ki, məni səfərbərliyə alıblar, hansısa hazırlıq düşərgəsinə gətiriblər. Elə o anda Zelenskinin başçılığı ilə Ukrayna ordusu düşərgəyə basqın etdi, hamının qollarını bağladılar və güllələməyə hazırlaşdılar. Elə bu vaxt Zelenski mənim yanımdan keçirdi. Mənə baxdı və dedi: “Oooo, İnstada sənin postlarını oxumuşam. Ukraynaya eşq olsun!” Mən də cavab verdim: “Qəhrəmanlara eşq olsun!”. Zelenski sevincək əlini kürəyimə vurub dedi: “Bunu buraxın, qalanları güllələnsin”. Sonra görürəm ki, onunla masanın arxasında oturmuşuq. Mən soruşuram: “Olar sizinlə şelfi çəkim?”. Zelenski deyir: “Olar”.
Azadlıq radiosu


Oxunub: 42

Son xəbərlər

"Salonda xadimə üzümə gel vurdu" - Mətanət Əsədova

At əti satanlar yaxalandı - FOTO

İlin ən gözəl birinci xanımı ? - Hansı özəlliyinə görə?

Qəlbimin ruhuma sui-qəsdi - Hekayə

“Azərişıq” ASC obyektlərdə və evlərdə elektrik enerjisinin talanması hallarını aşkarlayıb

Göy soğan bu xəstələrə ziyandır - DİQQƏT

Orxan Əsgərli onun oğlu imiş - FOTO

Yəhudilər ermənilərə qarşı... - VİDEO

Milli mədəniyyətimizə verdiyimiz dəyər daxili mədəniyyətimizin isbatıdır.

Şəxsiyyət olaraq həyatda qayğıkeş və insanı keyfiyyətləri özündə cəm edən Polkovnik-leytenant Mayıl Məmmədov

Mixəyin tərkibi və faydaları

Bu şəxslər 12 min manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sabaha olan hava proqnozu AÇIQLANDI

Azərbaycan-Misir sənədləri imzalandı

Sumqayıtın bitməyən dərdi - "Şikayətimizi kimə deyək?" // VİDEO

Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır

78 müharibə iştirakçısı etiraza qalxdı - VİDEO

Azərbaycanda 48 mindən çox uşaqda xəstəlik aşkarlanıb - RƏSMİ

Bölmələrimiz döyüş hazırlığı üzrə məşğələlər keçir - VİDEO

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub

İspaniya yazda Ukraynaya Leopard tankları göndərəcək

Neft ucuzlaşdı

Donald Gerye Bakıdadır

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - Yeniləndi

Xırdalanda su kəsiləcək

Azadlıq Partiyasının səfirliyə hücumla bağlı bəyanatı

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

Dolların məzənnəsi sabit qaldı

Bütün xəbərlər