“Azərişıq” ASC obyektlərdə və evlərdə elektrik enerjisinin talanması hallarını aşkarlayıb

“Azərişıq” ASC obyektlərdə və evlərdə elektrik enerjisinin talanması hallarını aşkarlayıb.

"DogruXeber.az" xəbər verir ki, “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir. Bu yenilənmələr xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilir. Bunlarla yanaşı, abonentlərlə mütamadi olaraq maarifləndirici söhbətlər də aparılır.

Görülən bütün tədbrilərə baxmayaraq, təəssüf ki, elektrik enerjisinin talanması hallarının qarşısını tam almaq mümkün olmayıb. Sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadəyə rast gəlinir.

Belə hallardan biri Xırdalan şəhərində yerləşən “Mormor” restoranında ortaya çıxıb. Belə ki, sayğaca müdaxilə olunaraq uzaqdan idarə olunan xüsusi qurğu quraşdırılıb.

Qurğudan istifadə etməklə növbəti kənar müdaxilə Göyçay rayonunda avtoservis kimi fəaliyyət gösətərən obyektlərdən birində aşkarlanıb. Məlum olub ki, abonent sayğacını xüsusi qurğu vasitəsilə dayandırıb.

Suraxanıda ərzaq mağazasında da sayğac uzaqdan idarə olunan xüsusi qurğu ilə dayandırılıb. Üstəlik bu səbəbdən yanğın baş verib və sayğac tamamilə yararsız vəziyyətə düşüb.

Xətai rayonunda fəaliyyət göstərən ət dükanına baxış keçirilən zaman da növbəti qanunsuzluq aşkarlanıb. Obyektə elektrik sayğacından kənar xətt daxil olduğu məlum olub.

Əhali abonentləri arasında da analoji hallara rast gəlinib. Astarada rayonunda evlərin birində elektrik sayğacı xüsusi "maqnit" vasitəsilə dövrədən
kənarlaşdırılıb.

Eyni üsulla Sabirabad rayonunda, paytaxtda isə Görədil kəndində yerləşən evdə sayğaca kənar müdaxilə edilib.

Digər neqativ hal Xətai rayonuda aşkarlanıb. Fərdi yaşayış evinin sayğacına baxış keçirilən zaman məlum olub ki, elektrik sayğacından kənar xətt daxil olur.

Buzovna qəsəbəsində evlərin birində sayğaca qanunsuz müdaxilə olduğu ortaya çıxıb. Sayğacın giriş-çıxış xətti eyni yuvaya birləşdirilərək dövrədən
kənarlaşdırılıb.

“Azərişıq” ASC tərəfindən son illərdə istismara verilən sayğacların müasir və rəqəmsal olduğunu nəzərə alsaq, bütün müdaxilə hallarını sayğac öz yaddaş blokunda saxlayır.

Laboratoriya şəraitində sayğaclara proqram əlavəsi tətbiq olunaraq həmin müdaxilə halları detaylı şəkildə öz təsdiqini tapır.

Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb və bu ardıcıl olaraq davam etdiriləcək. Həmçinin, bu cür qanunsuzluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.


Oxunub: 91

Son xəbərlər

Türkiyədə idmançıları daşıyan avtobus qəzaya uğradı - 11 yaralı

Novruz tədbirində təxribat - 5 polis yaralandı

Külli miqdarda qızıl-zinət əşyalarının ölkəyə gətirilməsinin qarşısı alındı

Ermənistan parlamentinin spikeri əməliyyat olunur

Avstriya - Azərbaycan oyununun hakimləri açıqlandı

Ucarın Şahlıq kəndinə qaz xətlərinin çəkilişi yekunlaşır

Bu gün Ərdoğanın prezidentliyə namizədliyi irəli sürüləcək

Putin yenidən Çin prezidenti ilə görüş keçirir

Ərdoğan İsrail prezidenti ilə telefonla danışdı

Əliyar Ağayev AVRO-2024-ün bu matçına təyinat aldı

Scholz Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırır

BMT-nin klimatoloqları “insanların sağ qalması üçün bələdçi” nəşr etdi

Donald Tramp həbs olunub?

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Yaponiyanın baş naziri gözlənilmədən Ukraynaya səfər edib

Yaponiya Təpəli İbisi Materikdə Vəhşi vəziyyətə qaytarmaq üçün Prosesə Başlayır

Çekirge dağı parçalanıb

Lukaşenko təhlükəsizlik qüvvələri tərəfindən terror aktları üçün nəzərdə tutulan partlayıcı maddələrin aşkar edildiyini açıqlayıb

Cankoy şəhərində partlayış Rusiyanın "Kalibr NK" qanadlı raketlərini məhv etdi: Şəhərdə fövqəladə rejim tətbiq edildi

İran XİN rəhbəri gələn həftə Moskvaya rəsmi səfər etməyi planlaşdırır

Azərbaycan nefti ucuzlaşdı

Yaponiyanın Baş naziri NWO başlayandan bəri ilk dəfə Ukraynaya səfər edəcək

Toivo Klaar Brüsseldə Çavuşoğlu ilə görüşüb

Macarıstan Aİ-nin Putinin həbsinə order verilməsi ilə bağlı birgə bəyanatının bloklandığını təsdiqləyib

Prezident Ərdoğandan mühüm açıqlamalar

Qızılın qiyməti qalxdı

AFAD Başqanı Sezar açıqladı

Alimlər pişiklərin mırıltının köməyi ilə insanları necə manipulyasiya etdiyini kəşf ediblər

IPCC iqlim böhranı hesabatı 1.5C-də son xəbərdarlıq verir

Dünyanın gözü Moskvadakı kritik zirvədə...- Ard-arda flaş bəyanatlar

Bütün xəbərlər