gundem / sosial / maraqli / Cəmiyyət
28.01.2023, 13:59
Mixəyin tərkibi və faydaları
"DogruXeber.az" mixəyin faydalarını təqdim edir.
Çaylarımıza özünəməxsus xüsusi ətir və dad qatan bu ədviyyat növünün vətəni İndoneziyadır.
Hündürlüyü 10-15 metrə çatan hamar gövdəli, həmişəyaşıl ağacdır.
Madaqaskar, Hindistan, ŞriLanka, Tanzaniyada da yetişdirilir.
50 ilə qədər ildə iki dəfə çiçəkləyir, məhsul verir.
Tərkibində B qrupu vitaminləri, A, C, E, K vitaminləri, qiymətli efir yağları var.
Ona yandırıcı dad və gözəl ətir verən məhz həmin efir yağlarıdır.
Mixək kalium, kalsium, mis, fosfor, dəmir, selen, sink, maqnezium və sair kimi mikro və makro elementlərlə də zəngindir.
Orqanizmə istilikvermə xüsusiyyəti var. Xörəkdə və çayda istifadə etmək iştahanı artırır, ürəyi, mədəni və daxili orqanları qüvvətləndirir, həzmi gücləndirir.
DogruXeber.az
Asiman Əsədsoy