Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub”.

"DogruXeber.az" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında onun anası Təranə Tağıyeva bildirib.

Onun sözlərinə görə, oğlu ilə əlaqə saxlaya bilməyiblər:

“Vasif axşam əməliyyat olunub. Amma bizə heç nə deməyib. Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım çəkib”.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə V.Tağıyevin əməliyyat olunduğunu təsdiqləyib:

“Əməliyyat olunan yaralımızın vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.


Oxunub: 123

Son xəbərlər

Türkiyədə idmançıları daşıyan avtobus qəzaya uğradı - 11 yaralı

Novruz tədbirində təxribat - 5 polis yaralandı

Külli miqdarda qızıl-zinət əşyalarının ölkəyə gətirilməsinin qarşısı alındı

Ermənistan parlamentinin spikeri əməliyyat olunur

Avstriya - Azərbaycan oyununun hakimləri açıqlandı

Ucarın Şahlıq kəndinə qaz xətlərinin çəkilişi yekunlaşır

Bu gün Ərdoğanın prezidentliyə namizədliyi irəli sürüləcək

Putin yenidən Çin prezidenti ilə görüş keçirir

Ərdoğan İsrail prezidenti ilə telefonla danışdı

Əliyar Ağayev AVRO-2024-ün bu matçına təyinat aldı

Scholz Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırır

BMT-nin klimatoloqları “insanların sağ qalması üçün bələdçi” nəşr etdi

Donald Tramp həbs olunub?

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Yaponiyanın baş naziri gözlənilmədən Ukraynaya səfər edib

Yaponiya Təpəli İbisi Materikdə Vəhşi vəziyyətə qaytarmaq üçün Prosesə Başlayır

Çekirge dağı parçalanıb

Lukaşenko təhlükəsizlik qüvvələri tərəfindən terror aktları üçün nəzərdə tutulan partlayıcı maddələrin aşkar edildiyini açıqlayıb

Cankoy şəhərində partlayış Rusiyanın "Kalibr NK" qanadlı raketlərini məhv etdi: Şəhərdə fövqəladə rejim tətbiq edildi

İran XİN rəhbəri gələn həftə Moskvaya rəsmi səfər etməyi planlaşdırır

Azərbaycan nefti ucuzlaşdı

Yaponiyanın Baş naziri NWO başlayandan bəri ilk dəfə Ukraynaya səfər edəcək

Toivo Klaar Brüsseldə Çavuşoğlu ilə görüşüb

Macarıstan Aİ-nin Putinin həbsinə order verilməsi ilə bağlı birgə bəyanatının bloklandığını təsdiqləyib

Prezident Ərdoğandan mühüm açıqlamalar

Qızılın qiyməti qalxdı

AFAD Başqanı Sezar açıqladı

Alimlər pişiklərin mırıltının köməyi ilə insanları necə manipulyasiya etdiyini kəşf ediblər

IPCC iqlim böhranı hesabatı 1.5C-də son xəbərdarlıq verir

Dünyanın gözü Moskvadakı kritik zirvədə...- Ard-arda flaş bəyanatlar

Bütün xəbərlər