gundem / hadise / Cəmiyyət
1.02.2023, 15:45
İranın agent şəbəkəsinə qarşı əməliyyat keçirildi: 39 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyatlar nəticəsində Azərbaycanda dini təbliğat kimi təxribat və pozuculuq əməllərinə görə 39 nəfər müəyyən edilərək saxlanılıb.
"DogruXeber.az" xəbər verir ki, özlərini dindar kimi qələmə verən həmin şəxslər internet və sosial şəbəkələr vasitəsilə İran xeyrinə təbliğat aparırmışlar. Azərbaycanın tolerantlıq və dini azadlıq mühitindən yararlanaraq İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən bu şəxslər vətənə xəyanət ediblər.
Haqqında bəhs edilən şəxslər Azərbaycanda kütlə arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq üçün Azərbaycan vətəndaşlarının toplandıqları dini ayinlərdə və sosial şəbəkələrdə İrana aid simvollardan, üzərində farsca müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaratmaqla məşğul olublar. Bundan başqa topladıqları məlumatları tapşırıq aldıqları İran xüsusi xidmət orqanlarına ötürüblər.
Qeyd edək ki, İranın casus şəbəkəsinə qarşı keçirilən xüsusi əməliyyat zamanı saxlanılanlar arasında "İnterAz" və "SalamNews"un sahibi, "Hacı Mətləb" kimi tanınan Mətləb Bağırov da var.
DogruXeber.az
Anarə Əsgərova