"Azərbaycanda kredit faziləri yenidən arta bilər" - Deputat

"Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Yəni, güzəşt müddəti uzadılmasa, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda banklar depozitlər üzrə faizləri artıracaq. Bank vətəndaşa daha çox dividend ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəlirində azalma baş verməsin".

"DogruXeber.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanda kredit faziləri yenidən arta bilər:

"Mərkəzi Bank özünün metodologiyasında bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalılığı ilə əlaqələndirir. Deməli, depozit faizlərinin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda kreditlər bahalaşacaq. Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit faizi 14.13 faiz, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır - 20.43 faiz. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir".

Deputat qeyd edib ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilib:

"Belə ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Ancaq bu müddət dünən başa çatıb".


Oxunub: 277

Son xəbərlər

Geomaqnit qasırğası olacaq

Daha iki ölkənin lideri Kiyevə getdi

İran prezidenti İraqa getdi

Sabunçu rayonunda “COP 29-a hazırlıq işləri” altında özbaşına tikililərə “yaşıl işıq” yandırılır

Metroda qeybə çəkilən MİLYONLAR... - BU NƏDİ BELƏ?!

TSEK şefinin ÖZƏL BİZNESİ... - İLGİNC FAKT

Naxçıvanda sahibkarlara `RACON KƏSİBLƏR`... - nazirlik SUSUR...

Azərbaycan nefti ucuzlaşdı

Bu günə olan valyuta məzənnələri

Sudanda vəba xəstəliyindən ölənlərin sayı artıb

Fransanın birinci xanımı serialda rol alacaq

Laçına növbəti köç karvanı yola salındı

Təhsil Nazirliyinin daha bir ŞÜBHƏLİ TENDERİ

“Ay səni geydirmə…” – Eynulla Fətullayev AzTV sədrini aşağıladı, cavab gecikmədi

İsrail HƏMAS komandirlərini dəqiq zərbə ilə məhv etdi

ETSN rəhbəri postunda DƏYİŞİKLİK... GÖZLƏNİLİR!

Nizami rayonunda 50-dən çox ağac kəsildi // Foto + Video

1 manatlıq şirkət iki rayonda yolları təmir edir - Cəlilabadla Astarada tender oyunu

Dünyanın ən güclü ölkələrinin siyahısı açıqlandı

"Sülh müqaviləsi imzalansaydı, Azərbaycan XİN rəhbəri də..." - Mirzoyan

Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başladı

"Onları Sofiyanın əvəzinə Yevlaxa göndərdilər" - Erməni deputat

Həbsxanalar dolu olduğuna görə məhbuslar azadlığa buraxılacaq

Rüşvətə görə həbs edilən hərbi komissara HÖKM OXUNDU

Mətləb Bağırovun məhkəmə prosesində xaricdən gizli maliyyələşdirmə faktları səsləndi

Zakir Həsənov və gürcü həmkarı hərbi sahədə əməkdaşlığı müzakirə ediblər

Rusiyadan Ukrayna ilə danışıqlar üçün yeni ŞƏRT

Bu yolda hərəkət ikiaylıq məhdudlaşdırılır

Rusiya PUA-larının iki NATO ölkəsinə düşməsi Ağ Evi təəccübləndirmədi

NATO ölkələri Rusiya sərhədi yaxınlığında təlimlər keçirir

Bütün xəbərlər