Allah sənə rəhmət eləsin Mirzə Cəlil

Allah sənə rəhmət eləsin Mirzə Cəlil !
Həyatda hər şey ola bilər,hər hadisə baş verər .Zəlzələ də belə təbii hadisələrdən biridir.Şükür Allahın böyüklüyünə.İranın hərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,4 bal gücündə zəlzələ baş vermişdir.Bu məni çox incitdi.Böyük dağıntılar,insan ölümü ilə nəticələnən qışın bu oğlan çağında evsiz –eşiksiz qalan insanların acı taleyi məni çox ağrıtdı.Ən çox ağrıdan isə özlərini Allahın mömin bəndələri hesab edən, öz vətəndaşları arasında ayrı-seçkilik molla rejiminin Azərbaycan türklərinə olan soyuq münasibəti və biganəliyidir.İki yüzdən çox binaya ciddi ziyan dəyib,bir çox evlər isə təmamilə dağılıb,yararsız hala düşüb.Bəs İran höküməti hansı ciddi tədbirlər gorür,qışın şaxtası ilə üz-üzə qalan zavallı insanlara nə kimi yardım göstərib?Qırmızı Aypara Cəmiyyətinin xətti ilə quraşdirılmış çadırları da sanki onlara çox görür.Yaşlı insanlar,uşaqlar, tibbi köməyə ehtıyacı olanlar bütün diqqət və qayğıdan kənarda qalırlar.Yalnız indi deyil, uzun illərdir ki,özünü islam dövləti hesab edən, dinə , imana gələn,oruc tutan ,namaz qılan molla hakimiyyəti 40 milyona yaxın Azərbaycan türklərinin haqqını- hüququnu pozur.İran əhalisinin yarıdan çoxunu təşkil eliyən Azərbaycan türklərinin bir dənə də olsa öz doğma dillərində məktəbi yoxdur. Bu barədə dəfələrlə deyilib, dəfələrlə yayılıb, amma heç bir nəticə olmayıb. Aradan uzun illər, qərinələr keçib heçnə dəyişməyib. Nə İran hökumətinin Azərbaycan türklərinə olan münasibəti, nə də Azərbaycan türklərinin fikri, düşüncəsi bax beləcə uzun illərdir davam edir.Nə İran mollalarının nifrəti azalır, nə də Azərbaycan türklərinin onlara olan “sevgisi”.Burda Cəlil Məmməd Quluzadənin təxminən yüz il bundan əvvəl dediyi bir fikir yadıma düşür.”...Ey Xoflu,meşkinli ,sərrablı,coruşlu və mioruslu qardaşlarım ,ay marağalı,mərəndilli,gülüstanlı vətəndaşlarım ,ey ərdəbilli,qəlxanlı ,bəradərlərim! Gəlin , gəlin mənə bir yol göstərin.!Vallah ,ağlım çaşıb!Axir,dünyavü və aləm dəyişdi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vurdu,gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək haradır bizim vətənimiz.Niyə sakitsiz,ey mənim vətən qardaşlarım,?!”
Allah sənə rəhmət eləsin,ey Mirzə Cəlil.

DogruXeber.az
N.Məmərli


Oxunub: 162

Son xəbərlər

Türkiyədə idmançıları daşıyan avtobus qəzaya uğradı - 11 yaralı

Novruz tədbirində təxribat - 5 polis yaralandı

Külli miqdarda qızıl-zinət əşyalarının ölkəyə gətirilməsinin qarşısı alındı

Ermənistan parlamentinin spikeri əməliyyat olunur

Avstriya - Azərbaycan oyununun hakimləri açıqlandı

Ucarın Şahlıq kəndinə qaz xətlərinin çəkilişi yekunlaşır

Bu gün Ərdoğanın prezidentliyə namizədliyi irəli sürüləcək

Putin yenidən Çin prezidenti ilə görüş keçirir

Ərdoğan İsrail prezidenti ilə telefonla danışdı

Əliyar Ağayev AVRO-2024-ün bu matçına təyinat aldı

Scholz Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırır

BMT-nin klimatoloqları “insanların sağ qalması üçün bələdçi” nəşr etdi

Donald Tramp həbs olunub?

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Yaponiyanın baş naziri gözlənilmədən Ukraynaya səfər edib

Yaponiya Təpəli İbisi Materikdə Vəhşi vəziyyətə qaytarmaq üçün Prosesə Başlayır

Çekirge dağı parçalanıb

Lukaşenko təhlükəsizlik qüvvələri tərəfindən terror aktları üçün nəzərdə tutulan partlayıcı maddələrin aşkar edildiyini açıqlayıb

Cankoy şəhərində partlayış Rusiyanın "Kalibr NK" qanadlı raketlərini məhv etdi: Şəhərdə fövqəladə rejim tətbiq edildi

İran XİN rəhbəri gələn həftə Moskvaya rəsmi səfər etməyi planlaşdırır

Azərbaycan nefti ucuzlaşdı

Yaponiyanın Baş naziri NWO başlayandan bəri ilk dəfə Ukraynaya səfər edəcək

Toivo Klaar Brüsseldə Çavuşoğlu ilə görüşüb

Macarıstan Aİ-nin Putinin həbsinə order verilməsi ilə bağlı birgə bəyanatının bloklandığını təsdiqləyib

Prezident Ərdoğandan mühüm açıqlamalar

Qızılın qiyməti qalxdı

AFAD Başqanı Sezar açıqladı

Alimlər pişiklərin mırıltının köməyi ilə insanları necə manipulyasiya etdiyini kəşf ediblər

IPCC iqlim böhranı hesabatı 1.5C-də son xəbərdarlıq verir

Dünyanın gözü Moskvadakı kritik zirvədə...- Ard-arda flaş bəyanatlar

Bütün xəbərlər