"Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyinin Kardiologiya İnstitutu tərəfindən “Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda Beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. "Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən də silsilə tədbirlər keçiriləcək. Belə ki, fevralın 4-də nazirliyin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda təşkil olunan Beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini İlqar Qasımov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, həmçinin Türkiyə və Azərbaycanın tanınmış elm xadimləri, millət vəkilləri və KİV nümayəndələri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra tədbir iştirakçılarına ETKİ tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.

Giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və Azərbaycanın dövlətçilik tarixində ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edib: “Tarixdə elə şəxsiyyətlər var ki, öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb”.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev üçün ən vacib sahələrdən biri də insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub: “Ümummilli liderin səhiyyənin inkişafında diqqət etdiyi əsas məqamlarından biri də mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi idi. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
“Bugünkü Beynəlxalq elmi-praktik konfrans təbabətin ən aktual sahələrindən birinə, kardiologiya və onkologiyanın kəsişməsində yerləşən kardioonkologiya sahəsinə həsr olunub. Ümid edirəm ki, elmi-praktik konfrans hər bir iştirakçı üçün faydalı olacaq, müzakirə olunan mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılacaq”, - deyə nazir müavini fikrini tamamladı.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov keçirilən elmi konfransın Azərbaycan tibbi və elmi üçün vacibliyini vurğulayaraq, kardioonkologiya kimi problemin bizim ölkədə aktuallığını qeyd edib.

ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd edərək Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident İlham Əliyev tərəfinən qətiyyətlə həyata keçirdiyini vurğulayıb. Tədbir haqqında məlumat verən G.Dadaşova diqqətə çatdırıb ki, konfransda bir neçə əlaqəli ixtisasların - kardiologiya, onkologiya və ürək-damar cərrahiyyəsinin kəsişməsində çalışan tanınmış ekspertlər iştirak edirlər.

Beynəlxalq elmi-praktik konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 24 DTT kredit balı ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.


Oxunub: 232

Son xəbərlər

FHN-nin əməkdaşı ceyran ovuna görə saxlanılıb - Salyan polisi araşdırma aparır

Bu hərbi hissədə nöqsanlar aşkarlandı - FOTO

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıb

Danimarkada Qurana hücumla bağlı ilk məhkəmə başladı

Əhalinin cəmi 2 faizinin banklarda pulu var - “Bu, sərvət bərabərsizliyinin nadir fotosudur...”

Gömrük komitəsinin binası yeni nazirlik üçün hazırlanır – Büdcəni dolduran qurumlar birləşdirilə bilər…

“Vinisius gedir” xəbərinə Ançelottidən reaksiya: Məndə məlumat var ki…

Bu tarixədək qar yağacaq - Xəbərdarlıq

Ən həssas 5 BÜRC: hər şeyi ürəyinə salırlar

Azərbaycanda xəstələrin bülleten dərdi: İnsanların müalicə almaq hüququ belə pozulur

Qazaxıstanın neft bazasında PARTLAYIŞ

Evindən köçməkdən imtina edən çinli yolun ortasında yaşayır

Pentaqonun yeni rəhbəri kimdir? – jurnalist, cinsi zorakılıq, alkoqoldan sui-istifadə

“Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür

DYP səfərə hazırlaşan sürücülərə müraciət etdi

Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL

QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı

Bazar gününə olan hava proqnozu

Azərbaycan nefti ucuzlaşdı

Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı

Bu rayonlara qar yağır

Ərdoğan onlarla vəzifəli şəxsi işdən azad etdi

Trampdan ukraynalılarla bağlı qərar: Onların ABŞ-a girişi QADAĞAN OLUNUR

İranın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Buz üzərində qaçan “ayı" rekord qırdı

İmtahanlardan keçmək taksi sürücülərinə nə qazandırır?

Tramp Danimarkanın Baş nazirinə zəng edib Qrenlandiyanı istədi: Nə cavab aldı?

Ağ Evin ucuz neft hədəfi - Azərbaycana necə təsir edəcək?

ABB-nin blokladığı kartdan 10 min 700 manat oğurlanıb - Bank məsuliyyətdən yayınır

“AzerGold” QSC ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib

Bütün xəbərlər