Mənim düşüncələrim - 2

( Əvvəli ötən sayımızda )
Mən milyonlar içərisində yaşayan zəngin insanların həyatı haqqında çox eşidib, çox oxumuşam. Kənardan onlar xöşbəxt göründükləri qədər bəxtəvər olmurlar. Bəzən elə olur ki, sanki dünyanın bütün ağırlığı bir daşa çevrilib onların ürəyindən asılır. İndi mənim qonşum nə qədər zəngin və xoşbəxt görünsə də daxilən nələr çəkdiyi üzündən aydın görünürdü.

- Deyəsən mənə yazığınız gəldi? – Onun zərif, mehriban, bir az da nisgili səsi düşüncələrimdən ayırdı.
- Xeyr, xeyr, - deyə mən qeyri - ixtiyari onun əllərindən tutdum. - Siz gözəl insansınız, amma bəzən insan həyatında belə şeylər olur. Sizin daha xoşbəxt yaşamağa haqqınız var. Heç kim yox, sadəcə sizin xarakteriniz bu xoşbəxtliyə mane olur.

- Necə? – deyə o, təəccüb və heyrətlə üzümə baxdı.

- "Bəli" – deyə mən qətiyyətlə bildirdim.

– Dılicəsinə sevmək hələ hər şeyi həll etmir. Ən əsas insani münasibətdir. İnsana qarşılıqlı, yəni bərabər münasibətin bəslənilməsi onun şəxsiyətinə, ləyaqətinə, karyerasın dərin hörmətin ifadəsidir. Ümumiyətlə, insani münasibıtlırdə bərabərlik, tarazlıq olmayan yerdə dərin, əsaslı hörmət və sevgi də yoxdur.
Sadəcə maraqlar var. Bir də ən əsası bilirsiniz nədir?

- Xeyr. – deyə o, yazıq-yazıq üzümə baxdı.

- Anlayışlı olmaq. Bax, budur əsas məsələ!
Unutmayın ki, yaxı qadina hörmət edərlər, gözəl qadını sevərlər, anlaşıqlı qadınla evlənərlər. Əgər siz istəyirsiniz ki, əriniz sizi qəlbən, dərin məhəbbətlə sevsin, sizə vurulsun, bunun üçün anlaşıqlı olmaq lazımdır. Bu isə o qədər də asan deyil. Özünüz- özünüzlə, öz içinizlə mübarizə aparmalı, xarakterinizdə dəyişiklik etməlisiniz. Onda hər şey ürəyiniz istədiyiniz kimi olacaq.

- Bunun üçün mən nə etməliyəm? - deyə o, tələsik soruşdu.- Əvvəlcə nədən başlamalıyam?

- Dediklərim haqqında dərindən düşünməli və bu həqiqətləri dərk etməlisiniz. Elə ki, qəti qərara gəldiniz qaynanamiza zəng edib qonaq çağırmalısınız. Bir müddətdən sonra hər şey öz yoluna düşəcək. Amma, bu təbii şəkildə həmişə olmalıdır, bir- iki dəfə yox. Yalnız həyat yoldaşınızla deyil, təmasda olduğunuz bütün insanlarla anlaşıqlı olmağa çalışın.

O, sevinclə məni qucaqladı:

- Sağ olun, - dedi. – Siz mənə bacıdan artıq diqqət göstərdiniz. Çox təşkəkür edirəm. Dərdimi heç kimə deyə bilmirdim. Siz necə gözəl insansınız.
- Həmin gündən bir müddət sonra qonşumuzun həyətindən şən gülüş səsləri eşidilməyə başladı. Məni qınamayın. İnsanları şad, gülərüz, xoşbəxt, mehriban görəndə sevinirəm. Düşünürəm ki, həqiqi, səmimi münasibət, hörmət və mehribançılıq insanı həyata bağlaylan ən mühüm tellərdir. Həqiqi dostluq və bərabərlik duyğusu üzərində qurulan bir hörmət insan üçün yenilməz bir həyat qüvvəsidir. Öz təcrübəmə əsasən qəti deyə bilərəm ki, sadəlik, səmimiyyət, mehribanşılıq, doğruçuluq, düzgünlük, canıyananlıq həqiqi böyüklüyün və mənəvi zənginliyin, insaniyyətin ən böyük nümunəsidir.

Ardı var...

Aytəkin Talıbqızı


Oxunub: 896

Son xəbərlər

TSEK şefinin ÖZƏL BİZNESİ... - İLGİNC FAKT

Naxçıvanda sahibkarlara `RACON KƏSİBLƏR`... - nazirlik SUSUR...

Azərbaycan nefti ucuzlaşdı

Bu günə olan valyuta məzənnələri

Sudanda vəba xəstəliyindən ölənlərin sayı artıb

Fransanın birinci xanımı serialda rol alacaq

Laçına növbəti köç karvanı yola salındı

Təhsil Nazirliyinin daha bir ŞÜBHƏLİ TENDERİ

“Ay səni geydirmə…” – Eynulla Fətullayev AzTV sədrini aşağıladı, cavab gecikmədi

İsrail HƏMAS komandirlərini dəqiq zərbə ilə məhv etdi

ETSN rəhbəri postunda DƏYİŞİKLİK... GÖZLƏNİLİR!

Nizami rayonunda 50-dən çox ağac kəsildi // Foto + Video

1 manatlıq şirkət iki rayonda yolları təmir edir - Cəlilabadla Astarada tender oyunu

Dünyanın ən güclü ölkələrinin siyahısı açıqlandı

"Sülh müqaviləsi imzalansaydı, Azərbaycan XİN rəhbəri də..." - Mirzoyan

Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başladı

"Onları Sofiyanın əvəzinə Yevlaxa göndərdilər" - Erməni deputat

Həbsxanalar dolu olduğuna görə məhbuslar azadlığa buraxılacaq

Rüşvətə görə həbs edilən hərbi komissara HÖKM OXUNDU

Mətləb Bağırovun məhkəmə prosesində xaricdən gizli maliyyələşdirmə faktları səsləndi

Zakir Həsənov və gürcü həmkarı hərbi sahədə əməkdaşlığı müzakirə ediblər

Rusiyadan Ukrayna ilə danışıqlar üçün yeni ŞƏRT

Bu yolda hərəkət ikiaylıq məhdudlaşdırılır

Rusiya PUA-larının iki NATO ölkəsinə düşməsi Ağ Evi təəccübləndirmədi

NATO ölkələri Rusiya sərhədi yaxınlığında təlimlər keçirir

"Sərhədin demarkasiyası prosesində əhəmiyyətli dəyişiklik olub" - Paşinyan

Sabah 37° isti olacaq

Paşinyan yenə tarixi torpağımızda rəqs etdi

İsrail parlamentində dava - Deputat zaldan qovuldu

Günə gümrah başlamağın 7 yolu

Bütün xəbərlər