gundem / hadise / dunya
7.02.2023, 11:30
Dağıntılar altında uşaq dünyaya gətirdi
Suriyada hamilə qadın dağıntılar altında övladını dünyaya gətirib.
"DogruXeber.az" xəbər verir ki, baş vermiş güclü zəlzələ nəticəsində Suriyada da ciddi dağıntılar olub.
Orada da çox sayda ölən və yaralananlar var. Hazırda xilasetmə işləri aparılır.
Xilasedicilər dağıntılar altından ana və körpəsini çıxara biliblər. Körpənin dağıntılar altında dünyaya gəldiyi deyilir.
DogruXeber.az
Aynur Qasımova