gundem / siyaset
7.02.2023, 12:00
Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.
"DogruXeber.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Həmçinin, İlham Əliyev Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın, Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun etimadnamələrini qəbul edib.