Tarixin  “Avesta”  qitəsi

( Qədim Şərq abidəsində Türk leksemləri )
tarixi-müqayisəli metodun yardımı da əvəzsizdir. Biz “Avesta” ilə bağlı olan bir çox faktları nəzərdən keçirdikdən sonra müəyyən mülahizələr söyləmək istəsək də, abidənin dili haqında son söz söyləmək iddiasından çox uzağıq. Bu, güman ki, qeyri-mümkündür. Çünki əsərin meydana gəldiyi dövrlə bu gün arasında tarixin çox suları axıb, bulanıb, durulub. Çünki “Avesta” öz ilkinliyindən çox uzaqlaşıb. Çünki Abidə öz zəminindən, öz məhvərindən, öz tarixindən ayrılıb. Ən başlıcası isə, əldə olan materiallar “Avesta”nın əsli yox, tərcüməsidir. Problemin ən çətin tərəflərindən biri budur ki, əldə olan tərcümənin kimə məxsusluğu məlum deyil. Və bütün bunlarla yanaşı ortaya daha çətin bir problem çıxır – bəs əsli olmayan, tərcümələrinin hansı dilə (xalqa) məxsusluğu bilinməyən bir əsəri hansı ünvana müncər etmək lazımdır? Elə “ortaqlıq”, “şəriklik” hissləri də bu zaman üzə çıxır.
Araşdırıcıların çoxu indiki halda “Avesta dilini” İran qrupuna daxil olan qədim dillərdən biri hesab edir. Lap dəqiqi, bu dil hind-Avropa ailəsinin, hind-İran, yaxud ari qrupuna aid olunur. Tədqiqatçıların fikrincə, hind-Avropa tayfalarının qədim vətəni indiki orta Asiya ərazisində vahid hind-Avropa icmasının iki yerə parçalanması (hind və İran) miqrasiya ilə əlaqələndirilir. Mülahizələrə görə, qəbilələrdən biri Hindistana (hind tayfaları), digəri isə İrana və Əfqanıstana (İran tayfaları) köçmüşdür. Bu cür parçalanma və labüd köçüş prosesində qəbilələrdən bir çoxunun dili öz müstəqilliyini itirmiş, bəziləri isə dialekt səviyyəsindən çıxaraq konkret dil kimi formalaşmışdır. Vaxtilə mövcud olan həmin dillərdən əksəriyyəti artıq yox olsa da bəzi dillərin əlamət və xüsusiyyətləri qalmaqdadır. Bu isə özünü ən çox toponomik adlarda saxlamaqdadır. Qədim Midiya və skif dillərinin “iz”ləri bu deyilənlərə misal ola bilər. Yazılı abidələrdə isə bizə yalnız iki dilin nümunələri gəlib çatmışdır – Qədim fars dilinin və Avest dilinin. Birinci dilə e.ə. Əhəmənid hökmdarı Dara, Kserks və başqalarının gil parçaları üzərindəki yazıları aid edilir. Bu, müasir fars dilinin ilk nüvəsidir. İkinci təsəvvür və inamların toplusunu əks etdirən Avestadır, daha doğrusu, “Avesta dili”. Tədqiqatçıların əksəriyyəti belə fikirdədilər ki, “Avesta dilinin” son daşıyıcıları parslardır; bu, hazırda İranda yaşayan farslar yox, əsasən Hindistanda yaşayan qədim xalqdır və mənbələrdə də pars xalqı kimi qeyd olunmuşdur. Bütün bunlara baxmayaraq qədim Abidənin taleyi Azərbaycan xalqının həyatı ilə bağlı olmuşdur.

Ardı gələn sayımızda...

Firuz MUSTAFA,
Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, filosof,
yazıçı- dramaturq.


Oxunub: 145

Son xəbərlər

Novruz tədbirində təxribat - 5 polis yaralandı

Külli miqdarda qızıl-zinət əşyalarının ölkəyə gətirilməsinin qarşısı alındı

Ermənistan parlamentinin spikeri əməliyyat olunur

Avstriya - Azərbaycan oyununun hakimləri açıqlandı

Ucarın Şahlıq kəndinə qaz xətlərinin çəkilişi yekunlaşır

Bu gün Ərdoğanın prezidentliyə namizədliyi irəli sürüləcək

Putin yenidən Çin prezidenti ilə görüş keçirir

Ərdoğan İsrail prezidenti ilə telefonla danışdı

Əliyar Ağayev AVRO-2024-ün bu matçına təyinat aldı

Scholz Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırır

BMT-nin klimatoloqları “insanların sağ qalması üçün bələdçi” nəşr etdi

Donald Tramp həbs olunub?

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Yaponiyanın baş naziri gözlənilmədən Ukraynaya səfər edib

Yaponiya Təpəli İbisi Materikdə Vəhşi vəziyyətə qaytarmaq üçün Prosesə Başlayır

Çekirge dağı parçalanıb

Lukaşenko təhlükəsizlik qüvvələri tərəfindən terror aktları üçün nəzərdə tutulan partlayıcı maddələrin aşkar edildiyini açıqlayıb

Cankoy şəhərində partlayış Rusiyanın "Kalibr NK" qanadlı raketlərini məhv etdi: Şəhərdə fövqəladə rejim tətbiq edildi

İran XİN rəhbəri gələn həftə Moskvaya rəsmi səfər etməyi planlaşdırır

Azərbaycan nefti ucuzlaşdı

Yaponiyanın Baş naziri NWO başlayandan bəri ilk dəfə Ukraynaya səfər edəcək

Toivo Klaar Brüsseldə Çavuşoğlu ilə görüşüb

Macarıstan Aİ-nin Putinin həbsinə order verilməsi ilə bağlı birgə bəyanatının bloklandığını təsdiqləyib

Prezident Ərdoğandan mühüm açıqlamalar

Qızılın qiyməti qalxdı

AFAD Başqanı Sezar açıqladı

Alimlər pişiklərin mırıltının köməyi ilə insanları necə manipulyasiya etdiyini kəşf ediblər

IPCC iqlim böhranı hesabatı 1.5C-də son xəbərdarlıq verir

Dünyanın gözü Moskvadakı kritik zirvədə...- Ard-arda flaş bəyanatlar

VW-nin Rusiyadakı aktivləri dondurulub

Bütün xəbərlər