gundem / hadise / Kriminal
9.02.2023, 20:47
Məktəb direktouna hökm oxundu
Həyat yoldaşını və iki uşağını qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.
"DogruXeber.az" bildirir ki, ailəsini qətlə yetirməkdə şübhəli bilinən Əhəd Əliyevə hökm oxunub.
Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Əhəd Əliyevə ömürlük həbs cəzası təyin edilib.
O cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, həyat yoldaşı Gülnar Qaraxanova və iki azyaşlı övladını bıçaq zərbəsi ilə qəsdən qətlə yetirməkdə şübhəli bilinən Əhəd Əliyev Saatlı rayon Novruzlu kənd orta məktəbinin direktoru vəzifəsində çalışdığı bildirilir.
DogruXeber.az
Zülfiyyə Məmmədova