gundem / hadise / dunya
13.02.2023, 16:15
ABŞ Alyaska üzərində naməlum obyekt verib
ABŞ-a məxsus döyüş təyyarəsinin Alyaska ştatı üzərində uçan naməlum obyekti vurduğu bildirilir. Yüksəkdən uçan obyektin kiçik avtomobil ölçüsündə olduğu və təyinatının kimlər tərəfindən edildiyi məlum deyil...
"DogruXeber.az" “The Guardian”a istinadən yazır ki, ABŞ rəsmiləri yerə düşən obyektin keçən həftə aşikar edilən Çin müşahidə şarından daha kiçik olduğunu deyir. Səlahiyyətlilər obyektin hava şarı, dron və ya təyyarə kimi olmadığını bildirirlər.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, raketi vuran F-22 Raptor-un pilotu obyektin pilotsuz olduğu qənaətinə gəlib. Kirbi atəş əmrinin ABŞ Prezidenti C.Bayden tərəfindən verildiyini deyib.
Obyektin qalıqlarını araşdırmaq üçün donanma, sahil mühafizəsi və FTB Kanada sərhəndində işə başlayıb. Kirbi “ bu obyektin kimə aid olduğunu bilmirik”deyib.
DogruXeber.az
Nizami Təhməzov